Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Tbilisidə Saakashvilinin məhkəməsi başa çatıb


Tbilisdə keçmiş prezident Mikheil Saakashvili-nin qiyabi məhkəməsində son dinləmə yekunlaşıb.

Məhkəmə Saakashviliyə qarşı 2006-cı ildə törədilmiş qətl ittihamı üzrə məsələyə baxırdı.

Hakim Giorgi Arvevadze yanvarın 3-də bildirib ki, son dinləmə başa çatıb və indi məhkəmə hökm çıxarmaq üçün fasilə elan edir.

Hazırda Ukraynada olan Saakashvili “hakimiyyətdən sui-istifadədə”, habelə Gürcüstan bankiri Sandro Girgvlianinin qətli barədə sübutları ört-basdır etməkdə ittiham olunur.

Saakashvili həm də prezident səlahiyyətlərindən sui-istifadə etməklə 2006-cı ildə Girgvilianinin qətlində ittiham edilən 4 nəfərə amnistiya verdiyinə görə ittiham edilir.

Sandro Girgvliani-nin meyiti 2006-cı ildə Tbilisi ətrafında tapılmışdı
Sandro Girgvliani-nin meyiti 2006-cı ildə Tbilisi ətrafında tapılmışdı

United Georgian Bank-ın direktoru olmuş Girgvlianinin üzərində zorakılıq əlamətləri olan meyiti 2006-cı ilin yanvarında Tbilisi ətrafında aşkar edilmişdi. Bu hadisədən əvvəl onun barda Daxili İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri ilə mübahisəsi olmuşdu.

Saakashvili o vaxt Gürcüstanın prezidenti idi.

Girgvlianinin qətli və hakimiyyətin bu qətli araşdırmaq istəməməsi Saakashvili hökumətinin sərt tənqid olunmasına səbəb olmuşdu.

Hazırda Gürcüstan prokurorları Saakashvili və daha dörd keçmiş Gürcüstan rəsmisini qətllə bağlı sübutları saxtalaşdırmaqda ittiham edirlər.

Saakashvili bu ittihamları siyasi motivli adlandıraraq rədd edir.

Saakashvili-nin hökumət tərəfindən təyin edilmiş vəkili Sofio Goglichidze son dinləmədə işə xitam verilməsini və Saakashvilinin təqsirsiz bilinməsini istəyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG