Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:17

Ukrayna baş prokuroru deyir ki, Saakaşvili Gürcüstana ekstradisiya edilə bilər


Ukraynanın baş prokuroru Yuri Lutsenko
Ukraynanın baş prokuroru Yuri Lutsenko

Ukraynanın baş prokuroru deyib ki, müxalifətçi Mixeil Saakaşvili Gürcüstana ekstradisya edilə bilər. Vətəni Gürcüstan keçmiş prezidenti ona qarşı irəli sürülmüş ittihamlarla bağlı axtarışa verib.

Baş prokuror Yuri Lutsenko dekabrın 15-də müxbirlərə deyib ki, “ən böyük ehtimal ekstradisiyadır”.

Lutsenko əlavə edib ki, Saakaşvilinin ekstradisiyasına dair Gürcüstanın ricasını “rədd etməyə ixtiyarımız yoxdur”.

Lakin Rusiyanın TASS dövlət xəbər agentliyi Gürcüstan rəsmilərinə istinadən bildirib ki, Tbilisi ektradisiya barədə müraciət göndərməyib. Tbilisi habelə bu məsələnin Ukrayna ilə müzakirəsi üçün Belarusa rəsmi şəxs göndərilməsinə dair mətbuat xəbərlərini də təkzib edib.

Saakaşviliyə qarşı Ukraynada da cinayət işi qaldırılıb və Lutsenkonun dediyinə görə Tbilsiyə ekstradisiya prosesi ləngiyərsə, o Ukraynada da mühakimə oluna bilər.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. O Gürcüstan vətəndaşlığını 2015-ci ildə Odessa qubernatoru vəzifəsinə görə Ukrayna vətəndaşlığını qəbul edəndə itirib.

Saakaşvili Odessanın qubernatoru vəzifəsindən 2016-cı ildə istefa edib və keçmiş müttəfiqi – prezident Petro Poroşenkonun yaxın adamlarının onun islahatlarına mane olduqlarını bəyan edib.

Ukrayna bu yaxınlarda Saakaşviliyə qarşı cinayət işi qaldırıb. Bu cinayət işinə görə o keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin “kriminal dəstəsi” ilə əlaqədə ittiham edilir.

Saakaşvili ittihamları rədd edir və bidlirir ki, bu ittihamlar onun Poroşenkoya qarşı mübarizəsini əngəlləmək üçün qondarılıb.

Saakaşvili son dəfə 8 dekabrda olmaqla, Ukraynada bir neçə dəfə saxlanıb. O dekabrın 11-də məhkəmə qərarı ilə ev məhbusluğundan azad edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG