Gürcüstanın keçmiş prezidenti, Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilinin yüzlərlə tərəfdarları Kiyevin mərkəzində yürüş keçiriblər.
Onlar impiçment haqda qanunun qəbulunu tələb ediblər.
"Hiddətlənənlərin yürüşü" adlanan aksiya "Kiyev, ayağa qalx!" şüarı qaldırıblar.
Havanın soyuq olmasına baxmayaraq yürüşçülər Ali Radanın binasına qədər gediblər.
Sakaşvilinin tərəfdarları bir neçə həftədir ki, Ali Radanın yaxınlığında çadırlar qurublar.
M.Saakaşvili bundan başqa həm də növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb edir.