Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 02:35

Türkiyə Rusiya arasında S-400 raketi ilə bağlı razılaşma imzalanıb


S-400 zenit-raket kompleksləri

Rusiyanın Türkiyəyə S-400 zenit-raket kompleksləri çatdırması ilə bağlı iki ölkə arasında razılaşma imzalanıb. Bu barədə Türkiyə prezidenti Recep Tayyip Erdogan iyulun 25-də rəsmi açıqlama verib.

«Razılaşma imzalanıb. Allahın köməkliyi ilə, biz S-400 raketlərini öz ölkəmizdə görəcəyik və birlikdə istehsalına da başlayacayıq» - parlament deputatlarına müraciətdə prezident belə deyib.

Hərbi-texniki əməkdaşlıq üzrə Rusiya Federal Xidmətinin rəhbəri Dmitri Shugaev də təsdiqləyib ki, ötən həftə Moskva ilə Ankara arasında S-400 raketlərinin çatdırılması ilə bağlı danışıq olub.

«Tərəflər arasında fundamental qərar qəbul olunub» - deyə o qeyd edib.

Pentaqon ötən həftə Türkiyəyə xəbərdarlıq edib ki, Rusiyanın S-400 kompleksləri Şimali Atlantika Alyansının ümumi HHM sisteminə inteqrasiya oluna bilmir deyə, NATO üzvü olan Türkiyə bu silahları alarsa NATO sistemi ilə uyğunsuzluq problemi yaranacaq.

Rusiyanın ən təkmil hava hücumundan müdafiə raket sistemi olan S-400 təyyarə, dron və raketləri izləmə və vurma qabiliyyətinə malikdir. Bu sistem hədəfi 400 kilometrdən vura bilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG