Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 02:30

Səudiyyədən qaçan bacılar Gürcüstanda sığınacaq istəyirlər


Səudiyyəli bacılar Gürcüstanda

Öz ölkələrində “zülmdən” qaçdıqlarını deyən səudiyyəli bacılar Gürcüstandan sığınacaq istəyiblər.

Bacılar deyirlər ki, onlar ailələrinin onları tapıb Səudiyyəyə qaytara biləcəyindən çox narahatdırlar.

25 yaşlı Wafa al-Subaie və 28 yaşlı Maha al-Subaie aprelin 18-də Twitter vasitəsilə bu barədə yazdıqdan sonra Gürcüstan hökuməti onları mühafizəyə götürüb. Tbilisi hazırda bacıların Gürcüstanda məxfi sığınacaqda saxlandığı barədə məlumat yayıb.

Amma aprelin 19-da bacılar Reuters agentliyinə deyiblər ki, Səudiyyə ilə vizasız gediş-gəlişi olmayan başqa bir ölkəyə getmək istərdilər. Gürcüstan və Səudiyyə Ərəbistanı arasında vizasız gediş-gəliş rejimi mövcuddur.

Bacılar aprelin 18-də AzadlıqRadiosuna demişdilər ki, qaçmaq üçün Gürcüstanı elə bu səbəbdən seçmişdilər.

Qızlar demişdilər ki, Gürcüstanda heç kimi tanımırlar və bura Türkiyədən keçərək gəliblər.

Bacılar vəziyyətləri barədə @GeorgiaSisters hesabı ilə Twitter-dəki beynəlxalq xəttə müraciət ediblər.

Onlar BMT-nin qaçqınlarla iş üzrə komissarlığından dəstək istəyiblər.

Bacılardan biri mesajında yazır: “Biz ailəmizdəki zülmdən qaçmışıq. Atam və qardaşlarım artıq Gürcüstandadırlar və bizi axtarırlar”.

Lakin qadınların ailəsi bu barədə heç bir şərh verməyib.

Bundan əvvəl də qadınların Səudiyyədən qaçması halları baş verib.

Onlar bir qayda olaraq krallıqdalkı ultramühafizəkarlıqdan qaçdıqlarını deyirlər. Səudiyyə qadınlarının kişi hamilərinin icazəsi olmadan işləmək, ərə getmək və ya səfərə çıxmaq hüquqları yoxdur.

Ötən yanvarda səudiyyəli yeniyetmə qız ailəsindən qaçaraq Taylanddakı hava limanının otelinə sığınmışdı.

Ona son nəticədə Kanadada sığınacaq verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG