Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:44

Kanada ailəsindən qaçan səudiyyəli qadına sığınacaq verdi


Rahaf Mohammed Alqunun
Rahaf Mohammed Alqunun

Kanada ailəsi tərəfindən zorakılığa məruz qaldığını iddia edərək evdən qaçmış səudiyyəli qadınıqaçqın statusunda qəbul edib.

Bu barədə məlumatı yanvarın 11-də Kanadanın baş naziri Justin Trudeau verib.

Bundan əvvəl həmin qadın Taylandda Küveytə deportasiya olunmaq təhlükəsi ilə üzləşmiş, lakin BMT-nin himayəsi altında bu təhlükədən qurtarmışdı.

Trudeau deyib ki, Kanada bütün dünya boyunca insan haqlarının və qadın hüquqlarının müdafiəsində dayanır:

"Birləşmiş Millətlər Təşkilatı bizə xanım Rahaf Mohammed Alqununa sığınacaq verməmiz üçün müraciət edəndə biz bu müraciətə müsbət cavab verdik”.

Bundan əvvəl, yanvarın 11-də Taylandın mühacirət polisi bildirmişdi ki, 18 yaşlı Alqunun Banqkokdan Kanadaya uçub.

Alqunun yanvarın 5-də Banqkokun əsas hava limanında saxlanmışdı.

Tayland əvvəlcə bildirmişdi ki, gənc qadını Səudiyyə Ərəbistanı səfirliyinin ricası ilə ailəsinin olduğu Küveytə deportasiya edəcək. Alqunun qaçqın kimi Avstraliyaya sığınmaq istəyirdi.

Alqunun hava limanının otelindəki otağına qapanmış və Twitter-dən göndərdiyi postlarla beynəlxalq əks-səda yarada bilmişdi.

Bunun ardınca BMT bildirmişdi ki, qadını himayəsinə götürür və ona sığınacaq üçün ölkə axtarır.

XS
SM
MD
LG