Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 21:48

Səudiyyə qiymət müharibəsini dayandırmayıb?


Səudiyyənin enerji naziri şahzadə Abdulaziz bin Salman Al-Saud (solda) və Rusiyanın enerji naziri Aleksandr Novak
Səudiyyənin enerji naziri şahzadə Abdulaziz bin Salman Al-Saud (solda) və Rusiyanın enerji naziri Aleksandr Novak

Səudiyyə Ərəbistanının neft nəhəngi Aramco aprelin 13-də may ayında Asiyadakı və başqa yerlərdəki müştəriləri üçün yeni qiymət güzəştlərini elan edib.

Oilprice saytı yazır ki, Səudiyyənin aprelin 12-də Rusiya da daxil OPEC+ çərçivəsində imzaladığı “hasilat ixtisarı barədə tarixi qlobal sazişə” baxmayaraq, yeni güzəştli qiymətlər təklif etməsini Riyadın neft qiyməti müharibəsini davam etdirməsi kimi də qiymətləndirmək olar.

Aramco may ayı üçün qiymətlərin elan edilməsini son bir neçə gündə ləngidirdi.

Bəzi şərhçilərin fikrincə bu, 10 milyon barrel hasilat ixtisarı barədə sazişin imzalanmasına imkan yaratmaq məqsədi güdürdü.

Aprelin 12-də sözü gedən saziş imzalandıqdan dərhal sonra, aprelin 13-də Aramco bildirib ki, özünün əsas ixracat məhsulu olan Arab Light neftinin Asiyaya satışında hər barrel üçün daha 4.20 dollar güzəşt edəcək.

Reuters bildirir ki, bu güzəşti bundan əvvəlki 7.30 dollar güzəştinin üstünə gəlmək lazımdır.

Səudiyyə Ərəbistanının Avropaya satdığı neftin qiymətində əsasən dəyişiklik baş verməyib.

Neftin qiyməti demək olar tərpənməyib

Ötən ay Səudiyyə OPEC+ çərçivəsi üzrə ən böyük partnyoru Rusiya ilə pozuluşduqdan sonra bütün regionlar üçün öz neftinə güzəştli qiymətlər elan etmişdi.

Ekspertlər bildirirlər ki, Asiya bazarına böyük qiymət güzəştləri təklif etmək, Avropadakı qiymətləri sabit saxlamaq və ABŞ-a neft satışı qiymətlərini qaldırmaqla Səudiyyə həm Donald Trump-ı, həm də Vladimir Putini razı salmaq istəyir.

Lakin Saxo Bankın strateqi Ole Hansen deyib ki, Aramco indilik özünün bazardakı payı uğrunda mübarizəyə hazırlaşır.

Hazırda Səudiyyə Ərəbistanının nefti bazarda Brent markasından olan neftdən bir barrel üçün 10.3 dollar ucuzuna satılır.

Reuters yazır ki, tarixi sazişin imzalanmasına baxmayaraq neft bazarındakı qiymətlər azacıq tərpənib.

Brent və ABŞ markasından olan neftin qiyməti bir barrel üçün 1 dollar qalxıb.

Şaiyəni alıb, xəbəri satmaq

Amma Səudiyyənin enerji naziri şahzadə Abdulaziz bin Salman xəbərlərin neft qiymətlərini necə təsirləndirdiyini xatırladaraq deyib ki, narahat olmağa dəyməz:

“Bu iş belədir, şaiyəni alıb, xəbəri satırsan”.

Nazir aprelin 13-də bunu da deyib ki, qlobal hasilat ixtisarı günə 19.5 milyion barrelə çatdırılacaq.

O bunu deyərkən heç şübhəsiz G20 qrupu üzrə hasilatçıları da nəzərdə tuturdu. Nazir bildirib ki, bu partnyorlar günə 3.7 milyon barrel ixtisara söz veriblər.

Reuters yazır ki, şahzadə Abdulaziz bin Salmanın belə nikbinliyinə baxmayaraq neft qiymətlərini qaldırmaq asan olmaya bilər. Beləki ekspertlər aprel ayı üçün gözlənilən tələbat azalmasını günə 30 milyon barrel olaraq proqnozlaşdırırlar.

Enerji eksperti Virendra Chauhan deyib ki, Birləşmiş Ştatlar və G20 üzrə başqa partnyorlardan qəti zəmanət almadan ixtisar sazişi ondan gözlənilən nəticəni verməyə bilər.

Kanada, Norveç və Birləşmiş Ştatlar müəyyənləşdirilmiş kvotaları hələlik rəsmən təsdiqləməyiblər.

Yaponiya Neft Assosiasiyasının prezidenti Takashi Tsukioka deyib ki, razılaşdırılan ixtisarlar bazarın gözləntisindəbn xeyli aşağıdır.

XS
SM
MD
LG