Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

İranda təyyarənin vurulmasından yazan jurnalistləri incidiblər


İran jurnalistləri təyyarə qalıqlarının yaxınlığında
İran jurnalistləri təyyarə qalıqlarının yaxınlığında

Sərhədsiz Müxbirlər (RSF) bildirir ki, İranda Ukrayna hava yolları şirkətinin sərnişin təyyarəsinin vurulmasından sonra onlarca iranlı jurnalist sorğu-sual edilib, hədələnib, evində axtarış aparılıb və sosial media hesablarını bağlamağa məcbur edilib.

Bu təyyarə qəzasında 176 nəfər həlak olub.

Təşkilatın fevralın 6-da yaydığı bəyanatda deyilir ki, ölkə boyunca azı 21 jurnalist İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat orqanları tərəfindən dindirilib.

Parisdə mənzillənmiş media azadlığı gözətçisi bildirir ki, söhbət yanvarın 8-də baş vermiş faciə barədə yazan və dövlətin təyyarənin vurulmasını gizlətməsindən qəzəblərini ifadə edən jurnalistlərdən gedir.

Sərhədsiz Müxbirlər təşkilatı İran masasının rəhbəri Reza Moini deyib ki, jurnalistlər “dövlət yalanının ikiqat qurbanıdırlar”.

O deyib ki, İranda medianın qısnanması “dövlət yalanının təsisatlanmasına” kömək edib.

Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin Boeing 737-800 təyyarəsi Tehranın beynəlxalq hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb.

"Yazdığınıza fikir verin"

İran rəsmiləri əvvəlcə bu qəza üçün hər hansı məsuliyyət daşıdıqlarını inkar edirdilər.

Lakin üç gün sonra İİKK təyyarəni “istəməyərəkdən” vurduğunu etiraf edib.

İranın yanvarın 11-də etdiyi bu etirafdan sonra ölkənin şəhərlərində günlərlə davam edən etiraz aksiyaları başlanıb.

Həmin vaxt İranın 80 jurnalisti qəza haqqında “dövlət yalanını” yaydıqlarından peşmançılıq ifadə edən bəyanat verib.

Bəyanatda deyilir ki, “müstəqil informasiya mənbələrinin olmadığı bir şəraitdə dövlət teleradiosunaetibar edən bütün qəzetlər bu böyük yalanı yayıblar və həqiqət üzə çıxanda isə hiddət və tənə obyektinə çevriliblər”.

Sərhədsiz Müxbirlər təşkilatı bildirir ki, bunun ardınca onlarca jurnalistin iş yerində və evində axtarışlar aparılıb, kompüterlər, mobil telefonlar, kitab və sənədlər müsadirə olunub.

Bu da xəbər verilir ki, heç bir jurnalist həbs edilməyib, lakin onlara “sosial mediada nə yazdıqlarına diqqət yetirmək” tapşırılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG