Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 00:24

Dünya ekspertləri 'sülh mümkündürmü' sualına necə cavab verirlər?


Ermənistan artilleriyasının döyüşçüsü
Ermənistan artilleriyasının döyüşçüsü

“Ermənistan və Azərbaycan arasında sülh mümkündürmü? Bu sualı Carnegie Avropa Fondu saytının redaktoru Judy Dempsey dünyanın müxtəlif təhlilçilərinə ünvanlayıb.

Onlardan bəzilərinin cavablarının qısa şərhlərini diqqətinizə yetiririk:

Oksford Qlobal və Ərazi Tədqiqatları Məktəbindən Leyla Əliyeva hesab edir ki, sülh mümkündür, çünki tərəflər arasında sülh və dinc yanaşı yaşama dövrləri münaqişə dövrlərindən nəzərəçarpacaq dərədə uzun olub:

“Münaqişənin həlli problemin bəzi mərhələlərinə aid olmalıdır. Bunlardan biri geosiyasi kontekstdədir: Rusiyanın Qafqazda 27 illik təhlükəsizlik hegemonluğu stabillik yox, nəzarət faktoru olub kı, bu da sovet dövrünün birləşdirici mirasına əsaslanıb”.

Leyla Əliyevanın fikrincə münaqişənin real həlli üçün bu modeldən əl çəkilməlidir.

Politoloq düşünür ki, bu məqsədlə danışıqların formatı və vasitəçilərin tərkibi dəyişdirilməlidir.

“Həm Ermənistan, həm də Azərbaycan başa düşməlidirlər ki, nə uzunmüddətli sülh, nə də davamlı demokratikləşmə Rusiyadan müstəqil olmadan mümkün deyil”.

Leyla Əliyeva düşünür ki, danışıqlar hərbi təzyiq altında güzəştlər yox, qarşılıqlı sərfəli razılaşmalar təklif etməlidir.

Üç mühüm addım

Britaniyanın nüfuzlu Qafqaz ekspertlərindən Laurence Broer deyib ki, ermənilər və azərbaycanlılar arasında sülh mümkündür, amma Ermənistan və Azərbaycan suveren dövlətlər kimi heç vaxt sülh şəraitində yaşamayıblar.

Bu yalnız bu iki ölkə böyük imperiyaların əyalətləri olanda mümkün olub.

Qafqaz üzrə tanınmış ekspert Thomas de Waal bildirir ki, sülh əlbəttə mümkündür, amma son döyüşlərdən sonra bu məqsəd daha da uzaqlaşıb:

“Fundamental baxımdan münaqişəni ermənilər və azərbaycanlıların özləri çözməlidirlər. Bunu onların əvəzinə kənardan heç kəs etməyəcək. Lakin qan tökülməsi və zəhərli ritorika onları küncə salıb və həll yolu tapmaq imkanlarını məhdudlaşdırıb”.

Politoloq hesab edir ki, münaqişənin tənzimlənməsi üçün üç mühüm addım atılmalıdır.

ATƏT-in Minsk qrupu tərəflərə xatırlatmalıdırlar ki, onlar 2016-cı ilin mayında Vyanada götürdükləri öhdəliklərə əməl etməlidirlər, əks halda bunun bədələni ödəyəcəklər.

İkincisi, tərəflər sülhməramlılar məsələsini fəal şəkildə müzakirə etməlidirlər.

“Üçüncüsü onlara xatırladılmalıdır ki, ermənilər və azərbaycanlılar əbədi düşmən deyillər. Onlar Gürcüstanda tarixin uzun dövrü ərzində dinc yanaşı yaşayıblar…”

ABŞ, Rusiya və Fransa Qarabağda atəşkəsə çağırdılar
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

ATƏT bu döyüşlərdən sağ çıxsa…

Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan düşünür ki, “Azərbaycan hücum üçün ideal vaxt seçib”.

Birləşmiş Ştatların başı qarşıdan gələn prezident seçkisinə, Avropanın başı isə Breksitə və pandemiyaya qarışıb.

Politoloq bildirir ki, beynəlxalq qurumlar bəyanatlar şəklində siyasi alətlərdən istifadə edəcəklər, bu isə indiki vəziyyətdə tamamilə faydasızdır.

Onun fikrincə, münaqişə səngər müharibəsi fazasına girməsə danışıqları bərpa etmək mümkün olmayacaq.

İskandaryan düşünür ki, bununla belə danışıqları əvvəlki konfiqurasiyada aparmaq artıq qeyri-mümkündür.

Politoloq deyir ki, ATƏT-in Minsk qrupunun bu döyüşlərdə salamat qalıb-qalmayacağından asılı olmayaq, indi sülh prosesinin perspektivi daha uzaqdır:

“Amma bu o demək deyildir ki, münaqişənin dinc yolla həlli istisna edilməlidir. Heç bir münaqişə əbədi davam etmir. Lakin biz artıq bir yox, iki müharibənin yükünü daşıyacaq yeni sülh gündəliyi yaratmalı olacağıq”.

Azərbaycanda müharibə vaxtı 'müharibəyə yox' deyənlər
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

Faciə Rusiya həqiqi marağını anlayanda bitəcək

Noerr LLP nüfuzlu pan-Avropa hüquq firmasının müşaviri John C. Kornblumun fikrincə ən mühüm olanı Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın dondurduğu münaqişələrdən biri olduğunu unutmamaqdır.

Politoloq bildirir ki, Rusiyanın bundan məqsədi ölkələri və regionu nəzarətdə saxlamaq və Qərbi yaxına buraxmamaqdır:

“Rusiya vasitəçi olmaqdansa, münaqişə alovunu körükləyir. Bu təsadüfi deyildir ki, zorakılıq Rusiya prezidenti Vladimir Putinin ölkə daxilində problemlərlə yükləndiyi və Qərblə münasibətlərinin ən pis olduğu bir vaxtda qayıdıb. Putin Qərbə mesaj göndərir: “Ya mənimlə işləyin, ya da mən buralara od vuracağam”.

Politoloqun fikrincə, faciə o vaxt bitəcək ki, Rusiya Dağlıq Qarabağ, Gürcüstan, Ukrayna və başqa yerlərdə sülhün bərqərar edilməsinin onun öz qonşuları arasında böhran yaratmasından onun özü eçen daha sərfəli olduğunu başa düşəcək”.

Avropa Parlamentində Sosialistlərin və Demokratların Mütərəqqi Alyasının xarici siyasət müşaviri Eldar Məmmədov deyir ki, indiki mərhələdə dayanıqlı sülh mümkün deyil.

Onun fikrincə tərəflər sülhün nə demək olduğu məsələsində daban-dabana zidd mövqedədirlər:

“Ermənilərin nəzərində bu, Dağlıq Qarabağ üçün Bakıya hər hansı tabeçiliyi nəzərdə tutmayan statusdur. Azərbaycanlılar üçün regionun Bakının real nəzarətinə gətirilməsi kafi sayıla bilər. Tərəflər habelə hər hansı həll ilə nəticələnəcək proses barədə razılığa gələ bilməzlər. Azərbaycan ilk növbədə işğal olunmuş ərazilərin qaytarılmasını nəzərdə tutan mərhələli həll yoluna tərəfdardır. Ermənistan isə hər hansı əsaslı güzəştlərə getməzdən əvvəl Dağlıq Qarabağ üçün müstəqil status qarantiyası tələb edir”.

“Bu dondurulmuş münaqişə yox, barıt çəlləyidir”

Heinrich Boell Fondunun Tbilisi bölümündən Stefan Meisterhead bildirir ki, Ermənistan-Azərbaycan münaqişəsi Avropanın hüdudlarında son dərəcə qorxuludur:

“Ermənistan və Azərbaycan dünyanın ən çox silahlanmış ölkələrindəndirlər. Bu, dondurulmuş münaqişə yox, beynəlxalq icmanın laqeyd qaldığı barıt çəlləyidir”.

Politloqun fikrincə, Türkiyənin Azərbaycana getdikcə artan dəstiyi bu münaqişədə qüvvələr balansını dəyişib.

O düşünür ki, “Ermənistan və Azərbaycan arasında sülh mümkündür, lakin bunun üçün hər iki ölkənin elitaları ondan alət kimi istifadəni dayandırmalı və müharibənin kökləri barədə səmimi müzakirəyə başlamalıdırlar”.

Ermənistan status quo-nu hərbi yolla yaradıb

İnsan haqları fəalı Emin Milli bildirir ki, Ermənistan və bəzi vasitəçilər bu münaqişənin “hərbi yolla həllinin olmadığını” bildirirlər, amma faktiki olaraq hazırkı status quo erməni təcavüzünün nəticəsidir və əslində elə “hərbi yolla həll deməkdir”.

Carnegie Sülh Fondundan Paul Stronski deyir ki, Türkiyənin getdikcə aqressivləşməsi və Qərbin diqqətinin yayınması Cənubi Qafqazın geosiyasi landşaftını dəyişməkdədir.

Politoloqun fikrincə, deyəsən, Rusiya da əvvəllər olduğu kimi indi artıq tərəfləri yerində oturtmaqda çətinlik çəkir.

Stronski qeyd edir ki, Türkiyənin münaqişəyə getdikcə daha çox müdaxilə etməsi NATO müttəfiqi olan ABŞ-ın bu məsələdəki məsuliyyətini artıra bilər.

Üçüncü Dünya Müharibəsi?

Carnegie Moksva Mərkəzindən Dmitri Trenin sualı başqa cür qoyur:

“Məni sentyabrın 27-si, bazar günündən məşğul edən sual başqadır: Rusiya və Türkiyə arasında müharibə mümkündürmü? Bu, qaçılmaz şəkildə növbəti sualı doğurur: Türkiyə Ermənistana hücum edəcəkmi və Rusiya özünün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiqi Ermənistanı müdafiə edəkmi?”

Politoloq xatırlayır ki, 1991-ci ilin payızında o vaxtkı SSRİ müdafiə naziri Türkiyəyə xəbərdarlıq etmişdi: “Siz Qarabağa müdaxilə etsəniz, III Dünya müharibəsinə səbəb olacaqsınız”.

Trenin ümid edir ki, Rusiya və Türkiyə birbaşa toqquşmadan yan keçə biləcəklər:

“Sülh mümkündürmü sualına gəlincə isə cavab “yaxın gələcəkdə yox”dur. Azərbaycanın tam qələbəsi Türkiyənin böyük müdaxiləsi olmadan mümkün deyil. Ermənistan hazırkı status quo-nu Azərbaycana həmişəlik qəbul etdirə bilməz. Xüsusilə də Rusiyanın genişmiqyaslı dəstəyi olmadan. Türkiyə və Rusiya bir-biri ilə döyüşməyə həvəsli deyillər. Rusiya isə ümümən Azərbaycanla dost münasibətlərini dəyərləndirir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG