Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 21:48

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır


Vladimir Putin

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

21:53 17.11.2020

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Rusiyanın RIA Noviosti agentliyi Rossia 24 telekanalına istinadən bildirir ki, prezident Vladimir Putin Qarabağın yekun statusunun tənzimlənmədiyini deyib.

Jurnalistin “Dağlıq Qarabağın statusu problemi varmı” sualına Putin belə cavab verib:

"Bəli belə bir problem mövcuddur. Qarabağın yekun statusu tənzimlənməyib. Biz razılığa gəlmişik ki, bugün üçün status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Sonrası nə olacaq – bunu gələcəkdə gələcək rəhbərlər, prosesin gələcək iştirakçıları həll edəcəklər. Zənnimcə, əgər Ermənistan və Azərbaycan arasında münasibətlərin bərpası, adamlar arasında, xüsusilə də münaqişə bölgəsində məişət səviyyəsində münasibətlərin qurulması üçün normal həyat şəraiti yaradılarsa, bu, Qarabağın statusunun müəyyənləşməsi üçün də şərait yaradar”.

20:45 17.11.2020

Prezident Şuşaya yol çəkilməsi ilə bağlı sərəncam verib

Prezident İlham Əliyev bugün, noyabrın 17-də Şuşaya avtomobil yolunun çəkilməsi ilə bağlı sərəncam verib.

Sərancam “Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” adlanır.

Sənədə əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılacaq.

Bu barədə prezident İlham Əliyev dünən, noyabrın 16-da Füzuli rayonunda səfərdə olarkən də bildirmişdi.

Onun sözlərinə görə, bu yolun çox böyük əhəmiyyəti var. Prezident əlavə edib ki, "bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır".

Prezident habelə qeyd etmişdi ki, Şuşa şəhərinə getmək üçün əvvəlki dövrlərdə istifadə olunan Ağdam-Xankəndi-Şuşa yolundan istifadə hələki mümkün deyil.

20:24 17.11.2020

Qırmızı Xaç: Tərəflər indiyədək 200 meyit dəyişiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer noyabrın 17-də RIA Novosti agentliyinə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri artıq bugünədək 200 meyit dəyişiblər.

Onun sözlərinə görə, təşkilatın Dağlıq Qarabağdakı ümdə vəzifəsi köçkünlərə kömək etmək, həlak olanların meyitlərini axtarmaq, habelə mümkün danışıqlar və mübadilə üçün əsirlərə baş çəkməkdir.

Maurer habelə təşkilatın işinə dəstək verdiyinə görə Rusiya sülhməramlı missiyasına təşəkkürünü bildirib.

O bildirib ki, noyabrın 18-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməlidir.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın dediyinə görə tərəflər Dağlıq Qarabağda baş verənlərin qiymətləndirilməsinə dair fikir mübadiləsi aparacaqlar.

18:39 17.11.2020

Pompeo Türkiyənin Azərbaycana dəstəyini ‘çox aqressiv’ hərəkət adlandırıb

ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, ABŞ administrasiyası və Avropa Türkiyənin son bir neçə ayda Yaxın Şərqdəki hərəkətlərinə reaksiya verilməsi üçün birlikdə işləməlidir.

Reuters agentliyinin məlumatına görə Pompeo Fransanın Le Figaro qəzetinə müsahibəsində deyib ki, Vaşinqton və Paris bu məsələdə eyni mövqeyi bölüşürlər.

Pompeo Türkiyənin Dağlıq Qarabağda Azərbaycana dəstəyini, habelə onun Liviya və Aralıq dənizindəki hərbi hərəkətlərini “çox aqressiv” adlandırıb:

“Avropa və ABŞ Erdoğanı inandırmalıdırlar ki, onun belə hərəkətləri Türkiyə xalqının marağında deyil”.

ABŞ dövlət katibi bildirib ki, Türkiyənin hərbi qüdrəti narahatlıq yaradır. Lakin o, Türkiyənin NATO üzvlüyü məsələsinə toxunmayıb.

Davamı

XS
SM
MD
LG