Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:29

Rusiya ABŞ-ın Avropada yeni raketlər yerləşdirməyəcəyinə inanmır


Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov xəbərdarlıq edib ki, ABŞ-ın Soyuq Müharibə illərində imzalanmış nüvə silahı müqaviləsindən çıxması Avropada sabitliyə ciddi ziyan vura bilər.

Ryabkov noyabrın 26-da deyib ki, Rusiya Vaşinqtonun təkziblərinə baxmayaraq ABŞ-ın bu müqavilədən çıxdıqdan sonra Avropada yeni raketlər yerləşdirəcəyini gözləyir.

1987-ci ildə imzalanmış və qısa adı INF olan müqavilə ABŞ və Rusiyaya 500 kilometrdən 5000 kilometrədək uçan raketlərin istehsalını, saxlanmasını və yerləşdirilməsini qadağan edir.

Hər iki tərəf bir birini bu müqavilənin pozulmasında ittiham edir. Donald Trump ötən ay ölkəsinin sözü gedən müqavilədən çıxmaq niyyətini açıqlayıb.

Trump-ın və onun rusiyalı həmkarı Vladimir Putinin bu məsələni noyabrın 30 və dekabrın 1-də Argentinada keçiriləcək G20 sammitində müzakirə edəcəyi gözlənilir.

Ryabkov mətbuat konfransında deyib ki, Rusiya bu məsələ ətrafında danışıqlara açıqdır.

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, o Avropada yeni ABŞ raketlərinin yerləşdiriləcəyini güman etmir. Bu arada ABŞ-ın milli təhlükəsizlik müşaviri John Boltonsa deyib ki, Vaşiqnton belə raketlərin yerləşdirilməsi barədə qərar qəbul etməkdən hələ çox uzaqdır.

Ryabkovsa deyib ki, Birləşmiş Ştatlar iki-üç il ərzində Avropada yeni ortamənzilli raketlərin yerləşdirilməsi iqtidarında olacaq və bu, təhlükəli silahlanma yarışına start verəcək:

"Amerika raketləri yerləşdiirlərsə, bu ABŞ-a Rusiya ərazisinin dərinliklərini hədəfləmək üçün əlavə qabiliyyət verəcək”.

Diplomat deyib ki, ABŞ belə raketləri yerləşdirsə, Rusiyanın cavabı “effektli” olacaq.

Bundan əvvəl Putin bəyan etmişdi ki, Moskva yeni ortamənzilli raketləri öz ərazisində yerləşdirməyə razılıq vermiş Avropa ölkələrini hədəfləmək məcburiyyətində qalacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG