Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 13:00

“Rustavi 2” telekanalında yanğın olub, yayım dayanıb


Rustavi 2

Gürcüstanın “Rustavi 2” teleşirkətində iyulun 27-nə keçən gecə yanğın olub. Telekanalın fəaliyyətində fasilə yaranıb. Daha sonra yanğını söndürmək mümkün olub və kanal yayımına davam edib.

Fövqəladə hallar üzrə agentliyin məlumatına görə, teleşirkətdə əsasən tok-şouların yazıldığı studiyada 40 kvadrat metr ərazi, o cümlədən efir dekortarının bir hissəsi yanıb.

Yanğına nəyin səbəb olduğu hələ ki bəlli deyil.

«Rustavi 2» ölkədə müxalif və ən reytinqli telekanal sayılır.

Bir müddət öncə kanal sahibkarlar arasında mübahisə predmeti olmuşdu. Gürcüstanın Ali Məhkəməsi kanal üzərində sahibliyi onun keçmiş sahibi, biznesmen Kibar Xalvaşi-yə vermişdi. Xalvaşi iddia edirdi ki, bundan öncə Saakaşvilinin təzyiqi altında teleşirkəti satmalı olubmuş. Kanala hazırda rəhbərlik edən baş direktor Nika Qvaramiya isə bu iddialarla razılaşmırdı. Avropa İnsan Haqları Məhkəməsi isə sonda hazırki kanal rəhbərliyinin xeyrinə qərar çıxardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG