Keçid linkləri

2024, 22 İyul, Bazar ertəsi, Bakı vaxtı 08:46

Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi təklif olunur


Rusiyanın işğal etdiyi Mariupol şəhəri
Rusiyanın işğal etdiyi Mariupol şəhəri

Avropa İttifaqının (Aİ) icraedici qanadı olan Avropa Komissiyası noyabrın 30-da təklif edib ki, Ukraynanın işğalı başlayandan dondurulmuş Rusiya aktivləri müsadirə olunsun.

“Rusiya Mərkəzi Bankının 300 milyard avroluq (310 milyard dollar) ehtiyatına blok qoymuşuq, rusiyalı oliqarxların 19 milyard avro (19.6 milyard dollar) pulunu dondurmuşuq”, – Komissiyanın Prezidenti Ursula von der Leyen bəyanatında deyib.

Onun sözlərinə görə, Aİ və tərəfdaşları bu vəsaiti qısa müddətə idarə edə və onları sərmayə qoya bilər, əldə olunan gəlir Rusiyanın işğalının vurduğu ziyanın aradan qaldırılması üçün Ukraynaya köçürülə bilər.

Xüsusi məhkəmə yaratmaq təklifi

Von der Leyen onu da deyib ki, Aİ BMT-nin dəstəyilə “Rusiyanın təcavüz cinayətlərini araşdıracaq və mühakimə edəcək” xüsusi məhkəmə yaradılmasını təklif edir.

“Rusiyanın dəhşətli cinayətləri cəzasız qalmayacaq”, – o deyib.

Bəyanatda o da qeyd olunur ki, indiyədək müharibədə 20 mindən çox dinc sakinin və 100 min ukraynalı hərbçinin öldürüldüyü bildirilir.

Bu arada Ukraynanın şərqində Rusiyanın hərbi hücumlarının dəf olunduğu xəbər verilir. Moskva isə Ukraynanın mərkəzində və cənubunda yaşayış məskənlərini, enerji infrastrukturunu hədəfə alıb.

Raket hücumları davam edir

Son bir gündə şərqi Donetsk vilayətinin atəşə tutulması nəticəsində beş nəfər öldürülüb. Bunu qubernator Pavlo Kirilenko noyabrın 30-da Telegram-da yazıb.

Zaporojyedə qaz paylayıcı şəbəkəyə Rusiya raketləri düşüb. Hücumda xəsarət alan olmayıb.

Enerji şirkəti rəsmisinin Facebook-da yazdığına görə, Kiyevdə 985 min 500 nəfər işıqsız qalıb. Başqa bir elektrik provayderi isə noyabrın 30-da elektrik təchizatında kəsintilər olacağını bildirib.

Ukrayna Baş Qərargahının noyabrın 30-da yaydığı məlumata görə, son 24 saat ərzində Donetsk və ona bitişik Luqansk vilayətinə Rusiya qüvvələrinin altı hücumunun qarşısı alınıb. Rusiya hərbçilərinin Baxmut və Avdiyevka istiqamətində tank və artilleriya atəşilə hücumu davam etdirdiyi bildirilir.

NATO müttəfiqləri isə Ukraynaya daha çox silah və elektrik təchizatının bərpası üçün avadanlıq vəd ediblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG