Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Rusiyanın AŞPA-da iştirakına etiraz edənlər var


Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyası açılıb. Bu sessiyada AŞPA-ya qayıtmışRusiya nümayəndə heyəti də iştirak edir.

Buna baxmayaraq Rusiya nümayəndə heyətinin AŞPA-dakı hüquqları tam və avtomatik bərpa edilməyib. Litva nümayəndəsi Emanuelis Zingeris Rusiya nümayəndə heyətinin hüquqlarının bərpa edilməməsi üçün şikayət verib.

O Rusiyanı Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməməkdə, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına hörmətsizlikdə, Ukrayna və Gürcüstana qarşı təcavüzdə ittiham edir.

AzadlıqRadiosu Rus xidmətinin yazdığına görə bütün bunlardan başqa şikayət məktubunda Rusiya Dövlət Dumasına seçkidə ilhaq olunmuş Krım nümayəndələrinin iştirakı pislənir.

Litva deputatının bu şikayətini 30-dək millət vəkili dəstəkləyib.

İndi qaydaya görə Rusiya nümayəndə heyətinin hüquqları məsələsinə əvvəlcə monitorinq komitəsi, daha sonra isə AŞPA-nın plenar iclası baxmalıdır.

Rusiya nümayəndəsi Leonid Kalashnikov deyib ki, əgər Rusiya nümayəndə heyətinin hüquqları məhdudlaşdırılsa, Rusiya bu qurumu tərk edəcək.

Bir sıra AŞPA deputatları, habelə Rusiyadakı siyasi proseslərdə “demokratiyanın yoxluğu” məsələsini müzakirəyə çıxarmağı təklif ediblər. Bu təklif rədd edilib.

Rusiya nümayəndə heyətinin AŞPA-dakı hüquqları Moskva Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra məhdudlaşdırılıb.

Bu səbəbdən Rusiya nümayəndə heyəti AŞPA-nın sessiyalarında iştirak etmirdi. Lakin ötən il AŞPA reqlamentini dəyişdikdən sonra Rusiya nümayəndə heyətinin hüquqları bərpa olunub və Rusiya AŞPA-ya qayıdıb.

Buna etiraz olaraq həmin vaxt Ukrayna nümayəndə heyəti AŞPA-nı tərk etmişdi. Ukrayna nümayəndə heyəti hazırkı sessiyada iştirak edir.

Ukrayna nümayəndəsi Maria Mezentseva Rusiya Dövlət Dumasının deputatı Petr Tolstoyun AŞPA-nın vise-prezidentliyinə təyin olunmasından şikayət verib.

Onun təyinatı üzrə ayrıca səsvermə keçirilməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG