Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:19

Qohumların xaricdən göndərdiyi pullar olmasa...


Rusiyadan gələn pullar kəsilə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:15:08 0:00

Rusiyadan gələn pullar kəsilə bilərmi?

Bu ilin ilk 6 ayında müxtəlif pulköçürmə vasitələri ilə Rusiyadan Azərbaycana 417 milyon dollar pul göndərilib. Bu haqda Rusiyanın Mərkəzi Bankı məlumat yayıb.

İqtisadçı ekpsert Natiq Cəfərli isə deyir ki, elə təxminən bir bu qədər də pul qeyri-rəsmi yollarla, dost-tanış vasitəsilə göndərilib. Onun sözlərinə görə, bu da o deməkdir ki, il ərzində Azərbaycana Rusiyadan təxminən 2 milyard dollar göndərilir.

Natiq Cəfərlinin fikrincə, həmin pulların sayəsində Azərbaycanda sosial durumu tənzimləmək mümkündür. Onun sözlərinə görə, bir çox ailələr məhz həmin pulların hesabına dolanır.

Natiq Cəfərli
Natiq Cəfərli

Bizim Bakıda söhbət etdiyimiz Rəna adlı bu xanım da deyir ki, Rusiyaya işləməyə gedən qohumları ona pul göndərməsə, dolana bilməz:

“Durum çox çətindir. Kommunal xərclər, qiymətlər hər şey bahadır. İş də yoxdur. Mənim əmilərim, bibilərim, dayılarım ordadır. Elə onların göndərdikləri pulla dolanırıq”.

O deyir ki, özü də Rusiyaya iş dalınca getməyi planlaşdırır.

30 ildən çoxdur ailəsi ilə birlikdə Rusiyada yaşayan İlham Əsədov da bildirir ki, 2018-ci ildən Rusiyaya gələn azərbaycanlıların sayı kəskin artıb. O özü isə bu il Bakıdakı qohumlarına hardasa 12 min dollar göndərib:

“Mən tanıdığım bütün azərbaycanlılar öz ailəsinə, anasına, bacısına, qohumuna pul göndərir. Rusiyada devalvasiya oldu, onda bəziləri geri qayıtmışdı. Amma 2018-2019-cu illərdə çox azərbaycanlı gəlir, bu kütləvilik alıb. Kimi gəlir yayı işləyib qışı qayıdır, kimi də elə birdəfəlik gəlir. Yəqin ki, bunun da səbəbi elə iqtisadi durumdur. Yoxsa, heç kim öz isti vətənini qoyub, buralara düşməz”.

İqtisadçı Natiq Cəfərli deyir ki, qeyri-rəsmi məlumatlara görə Rusiyada 2 milyon azərbaycanlı var. Onların əksəriyyəti də iş dalınca ora gediblər. Onun fikrincə, bu qədər adam geri qaytarılsa, Rusiyadan çıxarılsa, Azərbaycanda sosial gərginlik artar.

Millət vəkili Fazil Mustafa da razılaşır ki, Rusiyadan göndərilən puldan aslılıq var və bu kifayət qədər ciddidir. Ordan göndərilən vəsaitlər azalsa, bu özünü insanların sosial durumunda göstərir. Amma Fazil Mustafa bildirir ki, Azərbaycan hökuməti bu aslılığı azaltmaq üçün işlər görür, layihələr gerçəkləşdirir. Yeni iş yerləri açır, qeyri-neft sektorunu, kənd təsərrüfatının iştirakına çalışır:

“Daxili bazarı sabitləşdirmək üçün xeyli iş yerləri də açılıb. Amma bu kifayət deyil. Çünki bizim vəsaitin böyük hissəsi mühabirə, müdafiə xərclərinə sərf olunur. Amma ümumilikdə, bu durum təkcə, bizdə deyil. Digər qonşu ölkələrdən də iş dalınca Rusiyaya gedənlər var. Çünki orada bazar var, əhali sayı azdır, işçilərə ehtiyac var”.

Rusiya Mərkəzi Bankının məlumatına görə, bu ilin ilk 6 ayında MDB ölkələrinə 5 milyard dollar göndərilib. Bu siyahıda ilk yeri Özbəkistan tutur. Azərbaycan isə 5-ci yerdədir. Bu ancaq rəsmi göndərmələrdir.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, Azərbaycanda nə qədər ailə Rusiyadan göndərilən pulla dolanır?
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

İqtisadçı ekspert, müxalit Real Partiyasının icraçı katibi Natiq Cəfərli deyir ki, bu göndərilən pullar təkcə insanların sosial durumunu artırmır, həm də ümumilikdə ölkə iqtisadiyyatını canlandırır:

“Azərbaycanda ticarətin canlandırılması, ticarət dövriyyəsinin artması, avtomobil, daşınmaz əmlak, tikinti və digər sahələrə aktiviliyi artrır. Manat ekvivalentində il əzrində Azərbaycana 3,5-4 milyard dollar göndərilir”.

Natiq Cəfərli bildirir ki, Rusiyaya qarşı sanksiyalar, iqtisadi börhan, rublun devalvasiyasiyasından sonra, 2015-ci ildən bəri göndərilən pulların həcmi azalıb. Onun sözlərinə görə, təxmini hesablamalara görə, 2014-cü ilə qədər hər il Azərbaycana 3 milyard dollara qədər vəsait göndərilirdi.

Azərbaycanlılar Rusiyada daha çox müxtəlif bazarlarda, alqı-satqı ilə məşğul olurlar. Bundan əvvəlki illərdə bir neçə dəfə azərbaycanlıların çalışdığı bazarlarda yoxlama aparılıb, bəziləri bağlanıb. Rusiyada qanunsuz işləyənlərin kütləvi olaraq, ölkədən çıxarılması halları olmuşdu.

2009, 2012,2013-cü illərdə bu hallar daha da aktuallaşmışdı. Son illər isə durum bir qədər səngiyib. Amma müstəqil ekspertlər hesab edirlər ki, Rusiya istədiyi vaxt oradakı azərbaycanların ölkədən çıxarılması ilə Azərbaycana təzyiq edə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG