Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Rusiyada tatar milli təşkilatının lideri aclıq aksiyası keçirir


Farit Zakiyev
Farit Zakiyev

Rusiyadakı Ümumtatar İctimai Mərkəzinin (ÜTİM) lideri Farit Zakiyev prokurorluğun bu təşkilatı ekstremist qurum kimi ləğv etmək müraciətinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Zakiyev aclıq aksiyasına fevralın 3-də başlayıb. O prokurorluğun təşəbbüsünü “absurd” adlandırıb:

"ÜTİM-i ekstremist təşkilat kimi tanımaq bütün tatar xalqını ekstremist elan etməkdir. Bu isə öz növbəsində Tatarıstanın dövlətçilik ideyasının və Rusiya Konstitusiyasının federalizm maddəsinin pozulması deməkdir”.

ÜTİM 1989-cu ildən bəri fəaliyyət göstərir və tatar mədəniyyətinin, dilinin və ənənələrinin tanıdılması və təbliğ edilməsi, habelə etnik tatarların hüquqlarının müdafiəsi ilə məşğul olur.

Tatarıstanın paytaxtı Kazanda fevralın 24-də keçiriləcək məhkəmədə prokurorluğunun vəsatətinə baxılacaq.

Başqırdlar da etiraz edirdilər

AzadlıqRadiosunun Tatar xidməti yazır ki, bundan əvvəl buna bənzər hadisə qonşu Başqırdıstan Respublikasında baş vermişdi.

Bir il əvvəl məhkəmə orada məşhur Başqort qrupunu qadağan edib.

Bu təşkilat da başqırd dili və mədəniyyətinin təbliği ilə məşğul idi.

Ötən il mayın 22-də çıxarılmış hökmdə deyilirdi ki, sözü gedən təşkilatın sıralarında əvvəllər ektremizmə görə məhkum edilən şəxslər var.

O vaxt həmin qrupun lideri Fail Alsınov demişdi ki, onun təşkilatının üzvlərinə qarşı ittihamlar siyasi motivlidir.

Həm ÜTİM, həm də Başqort fəalları son illərdə bir çox kütləvi aksiyalar keçirmişdilər.

Bu aksiyalarda yerli və federal hakimiyyət orqanlarının siyasəti, yerli dillərin tədrisinin könüllü edilməsi pislənirdi.

Rusiya prezidenti Vladimir Putin son illərdə milli respublikalarda millətçilik təzahürləri ilə sərt mübarizə aparır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG