Keçid linkləri

Təcili xəbərlər
2023, 01 İyun, Cümə axşamı, Bakı vaxtı 06:27

Yeni baş nazir ‘mitinq dağıdanların’ maaşlarını artırıb


Moskvada 10 avqust mitinqinin dağıdılması

Rusiya hökumətinin yeni başçısı Mikhail Mishustin polisin, hərbi qulluqçuların, habelə Rosqvardiya əməkdaşlarının aylıq əməkhaqlarının artırılması barədə iki qərar imzalayıb.

Hökumətin internet saytında deyilir ki, söhbət ilk növbədə “mürəkkəb şəraitdə ictimai qayda-qanunu təmin edənlərdən” gedir.

Yanvarın 22-də verilmiş qərarların mətnində bildirilir ki, maaşları artırılanlar Moskva və Sankt Peterburqda keçirilən kütləvi aksiyalar zamanı qanunçuluğu qoruyan hüquq-mühafizə işçiləridir.

Qərarlardan bu da bəlli olur ki, maaşlar bəzi hallarda 100 faizədək qaldırılır:

"Qəbul edilmiş qərarlar asayişi qoruyan daxili işlər orqanları əməkdaşlarının, hərbi qulluqçuların və Rusiya qvardiyası üzvlərinin sosial müdafiəsini gücləndirmək məqsədi güdür”.

Son aylarda, xüsusən də ötən yayda Moskvada və Rusiyanın başqa şəhərlərində kütləvi antihökumət aksiyaları keçirilib.

Bunlardan böyük bir qismi icazəsiz olduğundan polis və hərbçilər tərəfindən zorakılıqla dağıdılıb.

Ötən il minlərlə polis və qvardiyaçı Moskvanın mərkəzində şəhər duması seçkisində namizədliyi qeydiyyata alınmayanların müdafiəsi üçün keçirilən mitinqlərin dağıdılmasında iştirak edib.

Bu aksiyalardan ən izdihamlısı iyulun 27-də və avqustin 3-də keçirilmişdi.

O vaxt minlərlə etirazçı həbs edilmiş və bir neçə nəfərə “Moskva işi” kimi tanınan cinayət işi açılmışdı.

Açılmış cinayət işlərinin bir çoxunun saxta ittihamlar üzərində qurulduğu bildirilirdi.

Nümayişçilərə qarşı zorakılıqlara yol vermiş heç bir polis nəfəri cəzalandırılmayıb.

XS
SM
MD
LG