Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Rusiyada keçmiş prezidentlər ‘toxunulmaz’ olacaq


Yeni qanun Dmitri Medvedevə də şamil olunacaq
Yeni qanun Dmitri Medvedevə də şamil olunacaq

Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması ölkənin keçmiş prezidentlərinə və onun ailə üzvlərinə qarantiyalar verən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Bu qanun layihəsi konstitusiyaya təklif olunmuş düzəlişlər əsasında hazırlanıb.

Bundan sonra sənədi yuxarı palata – Federasiya Şurası qəbul etməlidir.

Əgər qanun layihəsi qəbul olunarsa, Rusiya prezidenti hakimiyyət müddətini başa vurduqdan sonra toxunulmazlığa malik olacaq.

Qanun layihəsinə görə onu həbs etmək, saxlamaq, axtarış aparmaq, habelə inzibati və cinayət məsuliyyətinə cəlb etmək olmayacaq.

Eks-prezidenti toxunulmazlıqdan yalnız Federasiya Şurası məhrum edə bilər. Lakin bu, Dövlət Duması prezidenti dövlət xəyanətində və ya başqa ağır cinayətlərdə ittiham etdiyi halda baş verəcək.

Bu ittiham habelə Ali və Konstitusiya məhkəmələri tərəfindən təsdiq olunmalıdır.

Qadınlar şurasından gələn təklif

Konstitusiyaya keçmiş prezidentlərə immunitet verən düzəliş təklifini Rusiya Qadınlar Şurasının sədri Yekaterina Lyaxova irəli sürüb.

O iddia edirdi ki, yalnız bu halda “dövlət başçısının müstəqilliyinə konstitusiya vasitəsilə nail olmaq” olar.

Bu barədə qanun layihəsi parlamentə noyabr ayında təqdim olunub.

Bir sıra siyasətçilər, müxalifət nümayəndələri və vətəndaş cəmiyyəti fəalları qanun layihəsini tənqid ediblər.

Onlar bildirirlər ki, bu qanun azadlıq və demokratiya, habelə insan ləyaqəti və haqları ilə ziddiyyət təşkil edir.

Konstitusiyaya düzəliş təkliflərinə ötən yay səsvermə keçirilib. Bu təkliflərdən bəzilərini prezident Vladimir Putin irəli sürmüşdü.

Təkliflərdən ən çox müzakirə və mübahisə doğuranı prezident müddətlərinin “sıfırlanması” barədə təklif idi.

Bu düzəliş Putinə 2036-cı ilədək hakimiyyətdə qalmaq imkanı verir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG