Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:10

Avropanın ən güclü 28 adamı


Angela Merkel (solda) bu ilin yanvarında İstanbulda Türkiyə-Almaniya Universitetinin yeni şəhərciyinin açılışında Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın hədiyyəsini qəbul edir
Angela Merkel (solda) bu ilin yanvarında İstanbulda Türkiyə-Almaniya Universitetinin yeni şəhərciyinin açılışında Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın hədiyyəsini qəbul edir

“Politico” dərgisi gələn il üçün Avropanın ən güclü 28 şəxsiyyətinin siyahısını hazırlayıb

2020-ci il asan keçmədi, 2021-ci il də, deyəsən, yaddaqalan olacaq. Avropada gözlənilməz hadisələr baş verə bilər. ABŞ Prezidenti Donald Tramp və Almaniyanın Kansleri Angela Merkel vəzifədən gedir, Co Bayden gəlir; koronavirusa qarşı uğurlu vaksin hazırlamaq və tədarük etmək uğrunda yarışma qızışır.

“Politico” dərgisi gələn il üçün Avropanın ən güclü 28 şəxsiyyətinin siyahısını hazırlayıb. Bu siyahı bir suala cavab tapmağa çalışır: pandemiya qitənin güc strukturuna necə təsir göstərib və gələn il kim ən güclü nüfuza sahib olduğunu sərgiləyəcək?

15 ildir kansler vəzifəsində olan, bir neçə aya istefa verəcək Angela Merkel siyahının başında gəlir. Qalan 27 nəfər isə işgörənlər, işpozanlar və xəyal edənlər kateqoriyalarına bölünür.

Siyahıda 15 yeri siyasətçilər tutub. Əvvəlki illərdən fərqli olaraq bu dəfə siyahıda müxtəlif sahələrin – biznes, elm, səhiyyə, mədəniyyət və idman təmsilçiləri yer alıb.

Futbolçudan tutmuş prezidentəcən

Qeydi-siyasilər sırasında irqçiliyə qarşı fransalı fəal Roxaya Diallo, Telegram sosial şəbəkəsinin qurucusu Pavel Durov, “Harry Potter” kitablarının müəllifi J.K. Roulinq var. “Manchester United”ın futbolçusu, uşaq yoxsulluğu ilə mübarizə aparan Markus Rəşford siyahının ən gənc üzvüdür. Onun 23 yaşı var.

Ümumilikdə siyahıya 16 kişi və 12 qadın daxildir.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan 6-cı yerdədir. Onun son vaxtlar söz savaşı yaşadığı fransalı həmkarı Emmanuel Makron isə 5-ci yeri tutub.

Britaniyanın Baş naziri Boris Conson 9-cudur.

Rusiya Prezidenti Vladimir Putin işpozanlar siyahısında 6-cı olub.

Belarus müxalifətçisi, 9 avqust seçkisində Alyaksandr Lukaşenkanın deyil, onun prezident seçildiyi bildirilən Svetlana Tixanovskaya xəyal edənlər kateqoriyasında 6-cı yerdədir.

XS
SM
MD
LG