Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:37

Sorğu: Hər 10 rusiyalıdan biri polis işgəncəsi ilə üzləşib


Dünya Kuboku günlərində Rusiyada işgəncələrə qarşı aksiya
Dünya Kuboku günlərində Rusiyada işgəncələrə qarşı aksiya

Hər 10 rusiyalıdan biri hüquq-mühafizə orqanları tərəfindən işgəncə ilə üzləşməli olub. İyunun 26-da - İşgəncə Qurbanlarına Beynəlxalq Dəstək Günündə açıqlanmış rəy sorğusu belə bir nəticəyə gəlib.

Rusiyada ictimai rəyi öyrənmə üzrə müstəqil Levada Mərkəzi bu rəy sorğusunu BMT-nin İşgəncələrə Qarşı Mübarizə Agentliyinin sifarişi ilə keçirib.

Bu rəy sorğusunda iştiurak edən rusiyalıların 60 faizi işgəncələrin yolverilməz olduğunu desə də, 30 faiz ciddi cinayətlərin araşdırlması və insan həyatının xilas olunması üçün spesifik hallarda işgəncənin məqbul olduğunu bildirib.

İşgəncəyə məruz qalanların 75 faizi bildirib ki, bu, onlara qarşı aşağılama və ya təhdid məqsədilə edilib.

Nəticələr barədə hesabatda deyilir ki, əhəmiyyətli sayda insan məhkəmələrin və hüquq-mühafizə orqanlarının hakimiyyətə və ya ona yaxın qruplara xidmət etdiyini düşünür.

Sorğu Rusiyanın 53 regionunda 3400 respondent arasında keçirilib və nəticələri iyunun 26-da Kommersant qəzetində dərc olunub.

Bu rəy sorğusunun nəticələri Rusiyanın polis işgəncələrinə görə sərt tənqid olunduğu bir dövrə təsadüf edir.

Fevral ayında Rusiyada 2017-ci ildən bəri qadağan olunmuş Yəhvanın şahidləri dini qrupu iddia etmişdi ki, onun azı 7 üzvü Surqut şəhərində polis tərəfindən işgəncələrə məruz qoyulub. Qrup bildirirdi ki, bu işgəncələr zamanı onun üzvlərinə qarşı səs tapançalarından və boğmaqdan istifadə edilib.

Mart ayında Rusiyanın müstəqil Novaya gazeta nəşri iddia olunduğuna görə Yaroslavl şəhərinin həbsxanasında mühafizəçilər tərəfindən məhbuslara qarşı pis rəftar və işgəncələri göstərən videolar dərc etmişdi.

2018-ci ildə elə bu şəhərin 1 nömrəli islah-əmək koloniyasında bir məhbusun azı 17 mühafizəçi tərəfindən döyülməsini göstərən video yayılmışdı.

Bu hadisə ilə bağlı yaranmış ictimai hiddət 15 mühafizəçinin həbsi ilə nəticələnmişdi.

İyunun 26-da jurnalistlərə gündəlik telefon brifinqində Vladimir Putinin sözçüsü Dmitry Peskov sözü gedən rəy sorğusunun nəticələrinə şərh verməkdən imtina edib.

O deyib ki, “biz bu sayaq sorğuları diqqətlə təhlil etməliyik”.

Maraqlıdır ki, Peskov bu barədə sual verən jurnalistlərdən rəqəmlərin əsaslandırılmasını istəyib:

“Elə bu telefon konfransında 30-dək adam var, düzdür? Sizin hansınız hüquq-mühafizə orqanlarının işgəncəsi ilə üzləşib?”

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG