Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Hakimiyyət jurnalistə qarşı ittihamlarını ləğv etdi


Ivan Golunov
Ivan Golunov

Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev deyib ki, təhqiqatçı jurnalist Ivan Golunova qarşı bütün ittihamlara xitam verilib və o ev məhbusluğundan iyunun 11-də azad olunacaq.

36 yaşlı Golunov iyunun 6-da böyük miqdarda qanunsuz maddələrin satışına cəhddə ittiham olunaraq həbs edilmişdi.

Onun tərəfdarları Golunovun rəsmilər arasında korrupsiya hallarını faş etməsinə görə Moskva hakimiyyət orqanları tərəfindən qisas olaraq həbs edildiyini bildirirdilər.

Onun vəkili deyib ki, Golunov həbsdən sonra döyülüb, bədənində qançırlar və kəsiklər var, qabırğaları sınıb.

Kolokoltsev bildirib ki, Latviyada mənzillənmiş Meduza saytı jurnalistinin həbsində iştirak etmiş hüquq-mühafizə zabitləri işdən uzaqlaşdırılıblar və onların hərəkətləri barədə daxili araşdırma başlanıb.

Golunovun həbsi bütün ölkə boyunca geniş rezonansa səbəb olmuşdu və tərəfdarları Moskvada böyük yürüş keçirəcəklərini deyirdilər.

Kolokoltsev bunu da bildirib ki, Golunova qarşı ittihamlara xitam verilməsi ekspertizanın nəticələri sayəsində mümkün olunub. Başqa sözlərlə onun iddia olunan cinayəti törətməsi isbat edilməyib.

Lakin Rusiya müxalifətinin lideri Aleksei Navalny Golunovun azad edilməsi barədə qərarı alqışlasa da bidlirib ki, bu qərar ictimaiyyətin geniş etirazları sayəsində baş verib.

Navalny Twitter-də yazıb:

“Bu əla xəbərdir və təqib olunanlarla insanların adi bir həmrəyliyinin ilhamverici və həvəsləndirci nəticəsini nümayiş etdirir”.

Golunov-un tərəfdarları Moskvada yürüş keçirəcək
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Əgər təqsiri isbat olunsaydı, Golunovu 20 ilədək həbsxana cəzası gözləyə bilərdi.

Golunovun azad ediləcəyi barədə xəbərdən bir gün əvvəl jurnalistin tərəfdarları iyunun 12-də Moskvada böyük etiraz nümayişi keçirəcəkləri ilə hədələmişdilər.

Facebook-da bu aksiyada iştirak etmək niyyətini 25 min nəfər bildirmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG