Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Rusiyada daha iki şəhər kilsə tikintisi planlarını dayandırır


Mayın 14-də Yekaterinburqda polis və etirazçılar arasında qarşıdurmadan bir səhnə
Mayın 14-də Yekaterinburqda polis və etirazçılar arasında qarşıdurmadan bir səhnə

Yekaterinburq şəhərində kilsə tikintisinin toqquşmalarla nəticələnməsinin ardınca Rusiyanın daha iki şəhəri kilsə tikmək planlarını ləğv edib.

Çelyabinsk şəhərinin meri Vladimir Yelistratov mayın 20-də deyib ki, Cənubi Ural Dövlət Universitetinin şəhərciyindəki parkda pravoslav kilsəsinin tikintisi planı dayandırılıb.

O deyib ki, “Yekaterinburqda baş verənlərdən nəticə çıxarılmalıdır”. Yelsitratov əlavə edib ki, sözü gedən kilsə yerli sakinlərin rəyi öyrnəlimədən tikilməyəcək.

Bundan bir neçə gün əvvəl Sibirdəki Krasnoyarsk şəhərinin meri Sergei Yeryomin buradakı parkda kilsə tikintisinə icazə verməmişdi.

Krasnoyarsk şəhər administarsiyasının bəyanatında deyilir ki, kilsə tikintisi ərazidə meşəsizləşməyə səbəb ola bilər.

Çelyabinsk və Krasnoyarskda kilsə tikintilərindən imtina edilməsindən az əvvəl Rusiyanın dördüncü böyük şəhəri Yekaterinburqda minlərlə insan dörd gün ərzində etiraz aksiyası keçirmişdi.

Bu aksiyada etirazçılarla polis arasında toqquşmalar baş vermiş və 100-dək nümayişçi saxlanmışdı.

Etiraz aksiyaları yalnız prezidnet Vladimir Putin məsələyə müdaxilə etdikdən sonra dayandmışdı. Putin bildirmişdi ki, kilsənin tikintisi barədə şəhər sakinləri arasında rəy sorğusu keçirilməlidir.

Lakin rəsmi rəy sorğusundan əvvəl AzadlıqRadiosunun müxbirləri Yekaterinburq şəhərində bir saat ərzində 150-dək sakinin fikrini öyrənə biliblər:

Burası da var ki, hələ 2018-ci ildə Yekaterinburqda “Sotsium” fondunun keçirdiyi ictimai rəy sorğusunda respondentlərin 42 faizi kilsə tikintisini dəstəkləməmişdi. Rəyi soruşulanların yalnız 22 faizi məbədin tikintisi ideyasına müsbət baxırdı.

Rusiya Pravoslav Kilsəsi isə bildirir ki, Yekaterinburqun hamisi müqəddəs Yekaterinanın adına kiləsinin tikintisi barəsində qərar 2010-cu ildə qəbul edilib. Hazırda parkın müdafiəçiləri bu qərarın qanuniliyi barədə məsələni məhkəməyə veriblər.

Lakin şəhər hakimiyyəti kilsə tikintisini artıq həll olunmuş və “müzakirəyə qoyulmayacaq” məsələ adlandırır.

XVII əsr üslübunda tikilməli olan kilsənin açılışı 2023-cü ilə təyin edilib. Həmin il Yekaterinburq şəhərinin 300 illiyi qeyd olunacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG