Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:51

Rusiyada səsdən iti uçan təyyarələr üzərində işləyən alim həbs edilib


Anatoli Qubanov
Anatoli Qubanov

Moskvanın Lefortovo rayon məhkəməsi Rusiya fiziki Anatoli Qubanov barədə iki aylıq həbs qətimkan tədbiri seçib.

O dövlətə xəyanətdə şübhəli bilinir.

TASS xəbər agentlıiyinin məlumatına görə məhkəmə qapalı keçirilib. İş üzrə materialların da məxfi olduğu deyilir.

Interfax yazır ki, istintaqın versiyasına görə Qubanov dövlət sirri təşkil edən materialları xaricə ötürüb.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, alim Moskva Fizika-Riyaziyyat İnstitutunda (MFRİ) “yüksək sürətli uçuş aparatların praktik aerodinamikası” fənnindən mühazirə oxuyurdu.

MFRİ-nin rektoru Nikolay Kudryavtsev deyib ki, Qubanov institutda “yüzdə üç stavkaya” ilə işləyir.

O deyib ki, alimin əsas iş yeri Jukovski adına Mərkəzi Aerodinamika İnstitutudur.

TASS agentliyinin mənbəyi Qubanovun məhz MFRİ-də işlədiyini bildirib.

İnstitut şəxsi məlumatların məxfiliyi prinsipinə əsaslanaraq əlavə məlumat verməyib.

“Hansısa məxfi materiallar”

Rusiya mediasının xəbərlərinə görə Qubanov Jukovski institutunda 1979-cu ildən çalışır.

O təyyarələrin, raket və başqa yüksək sürətli uçan aparatların aerodinmakası ilə məşğul olur.

Bu da məlumdur ki, Anatoli Qubanov hidrogen yanacaqlı hipersonik təyyarələrə həsr olunmuş beynəlxalq konfrans və layihələrdə iştirak edib.

Sentyabrın sonlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları 65 yaşlı alim Aleksandr Lukanini həbs ediblər.

O elektron qurğuların qidalandırma sistemləri ilə məşğul olurdu.

Onu hansısa məxfi materialların Çinə ötürülməsində ittiham edirlər.

Lukanin pensiyaya çıxsa da universitetdə dərs deyirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG