Keçid linkləri

Təcili xəbərlər
2020, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 23:07

Stalin dövrü məzarlığını tapan tarixçiyə hökm oxundu


Tarixçi Yuri Dmitriev

Tarixçi və insan haqları fəalı Yury Dmitriyev övladlığa götürdüyü qızına qarşı cinsi təcavüzdə təqsirli bilinərək 3 il yarım həbsə məhkum edilib.

***

Bu gün – iyulun 22-də Rusiyada qapalı məhkəmədə övladlığa götürdüyü qızına cinsi təcavüzdə ittiham olunan tarixçiyə hökm oxunmalıdır. Vəkili isə alimin Stalin dövrü cinayətlərini sənədləşdirdiyi üçün cəzalandırıldığını deyir.

Dövlət ittihamçıları Yuri Dmitriev-ə 15 il həbs cəzası istəyiblər. 64 yaşlı alim ittihamları rədd edir. 2018-ci ildə ona qarşı oxşar ittihamlar qaldırıldı. Amma bu qərar sonradan ləğv olundu və o, elə həmin il yeni ittihamla həbsə atıldı.

Dmitriev-in vəkili Viktor Anufriev bu ay mətbuat konfransında deyirdi ki, müvəkkili yanlışa yol verməyib. O, iyunda Facebook-da yazırdı ki, Dmitriev saxta ittihamlarla mühakimə olunur və həbsdə saxlanır.

İşi siyasi motivli sayırlar

İnsan haqları qrupları bu işi siyasi motivli hesab edirlər. Onların fikrincə, Dmitriev 1937-38-ci illərdə diktator Josef Stalin dövründə baş verən dövlət repressiyasını ifşa etdiyi üçün hədəfə alınıb.

Onun yüksəlməkdə olan böyük xalqdan bəhs olunan dövlətdə daha arzuolunan olmadığı vurğulanır.

Sovet ittifaqı dağılandan sonra Dmitriev Rusiyanın şimal-qərbindəki Sandarmox meşəsində Stalin dövrünün Böyük Terroruna aid minlərlə cəsədin olduğu kütləvi məzarlıq tapıb. O, qurbanları bir-bir müəyyənləşdirməyə çalışıb.

Kreml bu cinayət işində əli olmadığını bildirir. Dövlət ittihamçıları işin real dəlilə əsaslandığını bildirirlər.

Avropa Birliyi ittihamları şübhəli adlandırıb. İnsan haqları vəkilləri Dmitriev-in buraxılması üçün kampaniya aparıb. O, 2016-cı ildə özünün övladlığa götürdüyü qızı da daxil uşaq pornoqrafiyası ittihamıyla saxlanıb.

Ancaq 2018-ci ildə həmin ittihamlar üzrə bəraət alıb. Di gəl, Kareliya regionunda ali məhkəmə ittiham tərəfinin apelyasiya şikayətini təmin edib. Bundan sonra ona qarşı cinsi təcavüz ittihamıyla yeni cinayət işi açılıb.

Şərhlər

XS
SM
MD
LG