Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:52

Azərbaycan və Rusiya Baş Prokurorluğu əməkdaşlıq edəcək


arxiv foto
arxiv foto

Bu gün, iyunun 24-də Azərbaycan Baş prokuroru Zakir Qaralov Rusiyaya səfər edib.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, səfər Rusiyanın Baş prokuroru Yuri Çaykanın dəvəti ilə gerçəkləşib. Səfər çərçivəsində Zakir Qaralovun Rusiyanın Baş prokuroru Yuri Çayka ilə görüşü keçirilib.

“Görüş zamanı Azərbaycan və Rusiya Baş prokurorluqları arasında tərəf dövlətlərin qanunvericilikləri və tətbiq edilən beynəlxalq müqavilələr rəhbər tutularaq “Əməkdaşlıq haqqında” Saziş imzalanmışdır”, Baş Prokororluğun yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edildiyinə görə, görüşdə bildirilib ki, imzalanmış sənəd iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcək:

“Görüşdə... terrorçuluq, korrupsiya, iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq haqqında danışılıb”.

Məlumatda bildirilir ki, görüşdə habelə hüquqi yardım, təlim səfərləri, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətlə də bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Baş prokuroru Z.Qaralovun səfərinin başa çatacağı tarix açıqlanmayıb.

XS
SM
MD
LG