Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Rusiya Yaponiya ilə mübahisəli adada kazarmalar tikir


Kuril adaları zənciri
Kuril adaları zənciri

Rusiya bildirir ki, Yaponiya ilə mübahisəli silsilə adalardan birində qoşunların yerləşdirilməsi üçün yeni qışlalar tikib və gələn il burada daha çox hərbi obyekt yaratmaq niyyətindədir.

Rusiya Müdafiə Nazirliyinin dekabrın 17-də yaydığı bu xəbərin Tokionu qəzəbləndirəcəyi ejtimal olunur.

Tokio Yaponiyanın “Şimal ərazilər”, Rusiyanın isə Kuril adaları adlandırdığı zəncirdə Moskvanın hərbi mövcudiyyətini gücləndirməsinin əleyhinədir.

Buradakı dörd adanın sahibliyi İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqı onları zəbt edəndən bəri mübahisəli olaraq qalır.

O vaxtdan bəri bu ərazi mübahisəsi Moskva ilə Tokionun münasibətlərini korlayıb. Tərəflər İkinci Dünya Müharibəsinin bitməsi haqqında yekun sazişi də hələlik imzalamayıblar.

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, Moskva gələn həftə bu adada tikilmiş dörd kazarmaya qoşunları yerləşdirmnək niyyətindədir.

Nazirliyin məlumatında deyilir ki, burada ötən il iki qışla tikilib və 2019-cu ildə daha iki kazarmanın tikintisi planlaşdırılır.

Məlumatda bu da bildirilir ki, Kuril zəncirinin iki adasında silah anbarları tikilib və zirehli texnika yerləşdirilib.

Yaponiya bu xəbərə hələlik reaksiya verməyib.

Bu arada Kreml bildirir ki, Yaponiyanın baş naziri Shinzo Abe yanvarın 21-də Kuril adaları məsələsini müzakirə etmək üçün Moskvaya səfər etməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG