Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Putin mübahisəli adaları Yaponiyaya qaytaracaqmı?


7 fevral 2006-cı il. Yaponiyanın xarici işlər naziri Taro Aso (soldan ikinci) Çimal Əraziləri günündə çıxış edir
7 fevral 2006-cı il. Yaponiyanın xarici işlər naziri Taro Aso (soldan ikinci) Çimal Əraziləri günündə çıxış edir

Moskva ilə İkinci Dünya Müharibəsindən qalmış mübahisəni çözməyə çalışan Yaponiyanın baş naziri Shinzo Abe Rusiya prezidenti Vladimir Putinə deyib ki, 4 adanın onun ölkəsinə qaytarılacağı təqdirdə orada Birləşmiş Ştatların qoşunları yerləşdirilməyəcək.

Reuters yazır ki, özünün diplomatıik mirasını möhkəmləndirməyə çalışan Abe İkinci Dünya Müharibəsinin sonunda Rusiya tərəfindən Sakit okeanda işğal edilmiş dörd adanı Yaponiyanın nəzarətinə qaytarmağı vəd edib.

Bu adaları Yaponiyada “Şimal Ərazilər”, Rusiyada isə “Cənubi Kuril” adlandırırlar.

Adaların qayrarılmasına dair hər hansı razılaşmada ABŞ-Yaponiya təhlükəsizlik sazişinin müddəaları nəzərə alınmalı olacaq. Beləki bu sazişə görə ABŞ Yaponiya ərazisində öz qoşunlarını yerləşdimək haqqına malikdir.

Qərbi Sakit okeana giriş verən bu adalar strateji baxımdan Rusiya üçün mühümdür.

Kuril adaları
Kuril adaları

İki lider noyabrın 14-də Sinqapurda keçirilən görüşdə 1956-cı il birgə bəyannaməsi üzrə danışıqları sürətləndirmək barədə razılaşma əldə edib. Bu bəyannaməyə əsasən Sovet İttifaqı müharibəni rəsmən bitirəcək sülh müqaviləsi imzalanandan sonra iki kiçik adanı Yaponiyaya qaytarmaq öhdəliyi götürmüşdü.

Yaponiyanın Asahi qəzeti yazır ki, danışıqlar zamanı Abe Putinə deyib ki, iki ada – Hibomay və Şikotanqaytarılandan sonra Birləşmiş Ştatlar orda hərbi baza yaratmayacaq. Bundan əvvəl Abenin baş təhlükəsizlik müşaviri bu bazaların yerləşdirilməsinin mümkün olduğunu demişdi.

Hökumət kabinetinin katibi Yoshihide Suga bu məlumatı şərh etməkdən boyun qaçırıb.

Yaponiya uzun müddətdən bəridir ki, sülh müqaviləsi imzalanmadan belə dörd adanın qaytarılmasına çalışır.

Lakin belə görünür ki, son illərdə Tokio mövqeyini bir qədər yumşaldıb və indi “iki üstəgəl alfa” həll modelini qəbul etməyə hazırdır.

1989-cu ildə Mikhail Gorbachev yaponlara Kunaşır adasında dəfn olunmuş yaxınlarının məzarına baş çəkmək icazəsi vermişdi
1989-cu ildə Mikhail Gorbachev yaponlara Kunaşır adasında dəfn olunmuş yaxınlarının məzarına baş çəkmək icazəsi vermişdi

Bu formula görə iki daha kiçik ada Yaponiyaya qaytarılmalı və iki böyük adaya – Kunaşir və Etorofu adalarına vizasız gediş-gəliş hüququ tanınmalıdır. Bu formul həm də böyük adalarda müştərək iqtisadi layihələrin həyata keçirilməsini nəzərdə tutulur.

Hələlik əhəmiyyətli razılaşma əldə olunmayıb, lakin Abe noyabrın 30-da Buenos Ayresdə keçiriləcək G20 sammitində Putinlə bir də görüşmək imkanı olacağına ümid edir. O deyib kİ, bu mübahisənin 2021-ci ilədək həll olunmasına çalışır.

Lakin Putin bu barədə daha az həvəsli görünür. TASS agentliyinin xəbərinə görə o deyib ki, 1956-cı il bəyannaməsi “dərin və hərtərəfli təhlil tələb edir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG