Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:40

Rusiya xarici dərmanları ‘patentsiz’ istehsal etmək istəyir


Rusiya hökuməti Dövlət Dumasına “kəskin zərurət” olduğu hallarda dövlətə xarici patentlərə məhəl qoymamaq imkanı verən qanun layihəsi təqdim edib.

Söhbət ilk növbədə xarici ixtiralar, kəşflər və dərmanlardan gedir.

Yeni qanun dövlətə “əhalinin həyatı və sağlamlığı üçün mühüm, lakin ölkədə çatışmayan və ya qıt olan xarici patentli dərman vasitələri və tibbi ləvazimatın yerinin opetarativ doldurulması” imkanı verməlidir.

Rusiyanın Vətəndaş Məcəlləsi bundan əvvəl də hökumətə “müdafiə və təhlükəsizlik maraqları üçün xarici ixtiralardan patent sahibinin razılığı olmadan istifadə icazəsi” verirdi.

İndi isə əsas olaraq “əhalinin həyatı və sağlamlığı” götürülür.

Hələ 2015-ci ilin sonlarında Federal Antiinhisar Xidmətinin rəhbəri belə bir addıma haqq qazandırmışdı. O vaxt o Vedomosti qəzetinə bir sıra tibbi patentlərin ləğvini təklf etdiyini bildirmişdi:

"Biz sosializm qurmağa məşğul ikən, başqaları patentləmə və innovasiyalı məhsulların yaradılması üzərində çalışırdı. Buna görə də bugün həmin patentlərin sahibi biz deyilik”.

Amma bu addım onunla nəticələnə bilər ki, xarici şirkətlər Rusiyanın yeni dərman preparatlarının qeydiyyatından imtina edə bilər.

Vedomosti yazır ki, bir çox ekspertlər məhz belə bir vəziyyətin yaranacağından narahatdırlar.

Onlardan biri deyib ki, potensial baxımdan dövlət xarici istehtehsalçıların lisenziyalarını əllərindən alıb, dövlət sifarişi ilə işləyən Rusiya şirkətlərinə verməkdə maraqlıdır.

Rusiyada dövlət sifarişi ilə hazırlanan dərmanların ümumi dərman bazarındakı payı artıq rekord həddinə çatıb.

Lakin bu, çox vaxt keyfiyyətin aşağı düşməsinə yol açır.

Kommersant qəzeti yazır ki, 2014-2018-ci ilin nəticələrinə görə dövlət sifarişi ilə hazırlanan məhsulların arasında dərman seqmenti dəyər etibarilə 25 faizdən 35 faizə çatıb.

Amma Rusiya şirkətlərinin xeyrinə xarici istehsalçılardan imtina edilməsi preparatların keyfiyyətini aşağı salır.

Məsələn diabet, HIV xəstələri və digər ağır xəstəliklərə düçar olan bir çoxları artıq yerli preparatlardan son dərəcə narazıdırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG