Keçid linkləri

2026, 12 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:45

WhatsApp: Rusiya messenceri tam bloklamağa çalışır

Whatsapp
Whatsapp

"Meta" korporasiyasına məxsus WhatsApp messencerinin təmsilçiləri deyirlər ki, Rusiya hakimiyyəti ölkədə bu tətbiqi tamamilə bloklamağa çalışır. Məlumat WhatsApp-ın rəsmi hesabında fevralın 12-nə keçən gecə dərc olunub. Bundan öncə isə "Əlaqədə" layihəsi Rusiyada populyar bir neçə resursu yoxlayıb. Layihə aşkarlayıb ki, WhatsApp daxil 13 resursun məlumatı Milli Domen Adları Sistemindən silinib. Bu sistem "suveren Runet" barədə qanun çərçivəsində qurulub.

"Bu gün Rusiya hakimiyyəti insanları izləmədən qorumayan dövlət tətbiqinə keçməyə məcbur etmək üçün WhatsApp-ı tam bloklamağa çalışıb", – messencer X hesabında bildirib.

Milli Domen Adları Sistemindən "Nastoyaşşeye Vremya", "Radio Svoboda", "BBC News" "Deutshe Welle", YouTube, Facebook və Tor brauzerinin məlumatları da silinib. Bu resurslara VPN-siz girməyə çalışanda ünvanlar tapılmır.

Rəsmi qurumlardan əlavə şərh almaq mümkün olmayıb.

Kremlin mətbuat katibi Dmitri Peskov fevralın 12-də bildirib ki, WhatsApp-ın bloklanması haqda qərar Rusiya qanununa əməl etməməklə bağlıdır. O, Rusiyanın MAX tətbiqini "xarici messencerə əlçatan alternativ" adlandırıb.

Rusiya Ukraynada təcavüzkar müharibəyə başlayandan "Meta" şirkətini ekstremist kimi tanıyıb, Facebook sosial şəbəkəsini bloklayıb. On milyonlarla rusiyalının istifadə etdiyi WhatsApp-a qarşı məhdudiyyətlər isə ötən ildən başlayıb.

XS
SM
MD
LG