Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Rusiya xaricdəki biznesmenləri vətənə dönməyə çağırır


Boris Titov
Boris Titov

Rusiya prezidenti Vladimir Putinə hazırda Böyük Britaniyada olan və vətənə dönmək istəyən biznesmenlərin siyahısı təqdim edilib.

RİA Novosti-nin fevralın 4-də verdiyi məlumata gpörə, bunu jurnalistlərə, biznesmenlərin hüquqlarının müdafiəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi və “İnkişaf partiyası”nın lideri Boris Titov deyib.

Hüquq müdafiəçisi onların adını çəkməyib, amma talelərinin çox oxşar olduğunu deyib.

Titovun sözlərinə görə, bu cür işlərin çoxu ilə bağlı hələ də məhkəmə çəkişmıəsi getdiyindən siyahı uzana bilər.

Qeyd edək ki, Boris Titov həm də 2018-ci ildə keçiriləcək seçkilərdə prezidentliyə namizədlərdən biridir.

Boris Titov
Boris Titov

Buna da bax: "ABŞ 'oliqarx siyahısını' açıqladı - Putin-in reaksiyası"

Məlumata görə, iş adamlarının rahatlığı, müraciətlərin qəbulu üçün Böyük Britaniya da daxil olmaqla 6 ölkədə xüsusi məntəqələr açılıb.

“Başa düşdük ki, bu sistemli problemidir, ona görə də insanlar bilmirlər necə müraciət etmək lazımdır. Odur ki, onlar bizə yox, biz onlara tərəf getdik”,Titov bildirib.

Biznes-ombudsman həmçinin qeyd edib ki, əgər Böyük Britaniya aktivlərin mənbələrini yoxlamaqda davam eləsə artıq “varlılar üçün sığınacaq” statusunu itirməyə başlaya bilər.

Böyük Britaniyanın təhlükəsizlik məsələləri üzrə naziri Ben Uolles bundan əvvəl bildirmişdi ki, böyük aktivləri olanlar onların hansı yolla alınmasına aydınlıq gətirməlidirlər, əks halda onların mülkiyyətinə həbs qoyulacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG