Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:46

ABŞ və Avropa Ukraynaya görə Rusiyaya yeni sanksiyalar qoyur


Rusiyanın Kerç boğazında həbs etdiyi Ukrayna dənizçilərindən bir qrupu məhkəmədə
Rusiyanın Kerç boğazında həbs etdiyi Ukrayna dənizçilərindən bir qrupu məhkəmədə

Birləşmiş Ştatlar, Avropa İttifaqı və Kanada ilə birlikdə martın 15-də Moskvanın “Ukraynada davam edən təcavüzünə görə” Rusiyanın onlarca rəsmisi və biznesi üzərinə yeni sanksiyaları elabn ediblər.

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, bugünkü sanksiyalar Kerç boğazında Rusiyanın Ukrayna gəmiləri üzərinə əsassız hücumlarına, Krımın ilhaqına və şərqi Ukraynadakı qanunsuz separatçılara dəstəyinə görə elan edilir.

Sanksiyalar 6 rəsmiyə, Rusiyanın Krımda fəaliyyət göstərən 6 müdafiə, iki enerji və bir tikinti şirkətinə tətbiq edilir.

Krımda fəaliyyət göstərən 6 müdafiıə şirkəti 2014-cü ildə Krımın ilhaqı zamanı Rusiya hərbçilərinə xidmət göstərilməsi məqsədilə Ukraynanın dövlət mülkiyyətinin qanunsuz mənimsənilməsində ittiham olunur.

6 Rusiya rəsmisindən dördü ötən noyabrda Kerç boğazının Krım sahillərində Ukrayna gəmilərinə hücuma görə hədəflənib.

Moskva iddia edir ki, ötən noyabrda həbs etdiyi 3 Ukrayna gəmisi Rusiyanın ərazi sularına qanunsuz daxil olmuşdu. Kiyev bu ittihamı rədd edir.

ABŞ-ın maliyyə naziri Steven Mnuchin deyib ki, Birləşmiş Ştatlar və “bizim transatlantik müttəfiqlərimiz Rusiyanın Ukraynaya qarşı təcavüzünün davam etməsinə göz yuma bilmərik”.

Maliyyə naziri bildirib ki, sanksiyalar Vaşinqton, Avropa İttifaqı və Kanadanın Kremlin beynəlxalq qanunlara saymazlığına, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi etinasızlığa şərikli cavabıdır.

Bundan əvvəl, martın 15-də Avropa İttifaqı Ukrayna gəmilərinə hücuma görə özünün sanksiya siyashısına əlavə olaraq səkkiz Rusiya rəsmisini də daxil edib.

Avropa İttifaqı Rusiya üzərinə sanksiyaları Moskvanın Krımı ilhaq etməsindən dərhal sonra elan edib. Hazırda Avropanın qara siyahısına 170 fərd və 44 hüquqi şəxs daxildir.

Martlın 15-də Avropanın sanksiya siyahısına əlavə edilmiş ən vəzifəli rusiyalılar - FTX-nin Krımdakı ən yüksək rütbəli zabiti Sergei Stankevich, onun müavini Andrei Shein, habelə Rusiya Silahlı Qüvvələrinin cənub hərbi regionunun başçısı general-polkovnik Aleksandr Dvornikovdur.

Sanksiyalar habelə Rusiyanın iki donanma komandanına və iki kapitana tətbiq edilir.

Adlarının çəkilməsini istəməyən bir neçə mənbə AzadlıqRadiosuna bildirib ki, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti başçısının müavini, admiral Gennady Medvedevin də adı başqa 8 rusiyalı ilə birlikdə sanksiya siyahısına salınmalı idi.

Diplomatlar bildiriblər ki, Medvedevin bu siyahıya salınmasına Finlandiya etiraz edib. Finlandiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi AzadlıqRadiosunun bu barədə sorğusuna cavabdan imtina edib.

Bu da xəbər verilir ki, Medvedev Rusiya və Finlandiya arasında sərhəd əməkdaşlığının fəal iştirakçısıdır.

Bundan başqa o ötən il Finlandiyada keçirilmiş “Sahil keşikçilərinin Arktika forumunda” iştirak edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG