Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:43

Bu gün Rusiyada uşaq yay düşərgələri necə görünür


«Artek» pioner düşərgəsi
«Artek» pioner düşərgəsi

Hazırda Rusiyada 42 min uşaq sağlamlıq düşərgəsinin olduğu deyilir. Mövsümi fəaliyyət göstərən və vergi güzəştləri olmayan bu düşərgələrin, demək olar, hamısı rentabelliyini çətinliklə saxlayır. İstirahət şəraiti isə son 50 ildə az dəyişib. Ancaq hətta bu şəraitdə belə bu düşərgələrə böyük tələbat var.

Son 15 ildə təkcə Moskva vilayətində uşaq yay düşərgələrinin sayının üç dəfə azalması təəccüb doğurmur. Tərk edilmiş komplekslərin bəziləri investorlar tərəfindən çox ucuz qiymətə satın alınıb və özəl istirahət bazalarına çevrilib. Ancaq düşərgələrin əksəriyyəti hələ də atılmış vəziyyətdə qalıb.

CurrentTime.TV Novosibirskin 35 kilometrliyində, gözəl küknar meşəliyində yerləşən «Dzerjinets» düşərgəsinə baş çəkib. Rusiyada uşaq istirahətinin «klassika»sı sayılan bu düşərgə yeddi birmərtəbəli kərpic korpusdan ibarətdir.

Bu evlər yoxsul görünsə də, artıq yarım əsrdir ki, ağzınadək dolu olur.

MÜASİR DEYİL, AMMA...

Sasha Vorobyov 6 yaşından bəri, demək olar, hər il, valideynləri göndəriş (putyovka) ala biləndə «Dzerjinets»ə gedir. Gecə ayaqyoluna getmək üçün küçəyə çıxmaq lazımdır. Düşərgənin idman avadanlığı çox köhnəlib, oyun meydançalarında isə gölməçələr var. Ancaq digər uşaqlar kimi, Sasha-nı da bu narahat etmir.

Adətən belə şeylər valideynləri narahat edir. Ancaq Sasha-nın anası sevinir ki, bu il, heç olmasa, göndəriş ala bilib. Çünki vilayətdə düşərgələri bağlayırlar, onlara tələbatsa artır.

«Valideyn düşərgə seçəndə ilk növbədə nəyi düşünür? Təhlükəsizliyi, yaxşı asudə vaxtı, yaxşı qidalanmanı. Bu düşərgənin müasir olmamasına baxmayaraq, onun ənənələri, əsasları var. Bütün bunlar rahatlıqla bağlı hansısa çatışmazlıqları ...əvəzləyir», – Sasha-nın anası Olesya Vorobyova deyir.

«Dzerjinets»də uşaqlar üçün əsas narahatlıq yayın istisində çimməyə yerin olmamasıdır. Yaxınlıqda balaca çay var, ancaq düşərgənin çimərlik saxlamağa pulu yoxdur. Hətta düşərgə vəsait tapsaydı belə, bu yaxınlarda qəbul edilmiş «Uşaq istirahəti haqqında» qanundan sonra su hövzələrinə yürüşləri bütün qaydalara uyğun təşkil etmək mümkün olmazdı.

«MAAŞIN NƏ QƏDƏR OLMASI VACİB DEYİL»

«Uşaqları düşərgə ərazisindən çıxarmaqla bağlı bütün sənədləşmə məsələləri çətinləşib. Qanuna görə, çimərliyi saxlamaq, avadanlıqla təchiz etmək, hər il təmizləmək, nəzarət etmək, əlavə işçilər – idman təlimatçısı, xilasedici götürmək lazımdır. Təəssüf ki, bizi bununla təmin edə bilmirlər», – düşərgənin əməkdaşı Anna Sergutina deyir.

Bunun əvəzində «Dzerjinets»də ixtisaslı müəllimlər var. Profil təhsili olmayan və birillik xüsusi kurs keçməmiş adamları bura buraxmırlar. Anna Sergutina danışır ki, hələ uşaqkən istirahətə bu düşərgəyə gəlirmiş, sonra isə müəllim kimi qayıtmağı qərara alıb. Ancaq onun sözlərinə görə, uşaqlarla işləmək hər şeydən öncə missiyadır, çünki bura pul qazanmaq yeri deyil.

«Düzünü desəm, xüsusən də şəhərdəki iş yerləri ilə müqayisədə əməkhaqqı xeyli azdır. Ancaq ən təmiz emosiyaları uşaqlardan alırıq. Ən dəyərli olan da budur, maaşın nə qədər olması vacib deyil», – o deyir.

Erməni və azərbaycanlı uşaqları bir arada
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

21 GÜNLÜK İSTİRAHƏT = 330 DOLLAR

Ancaq, əlbəttə ki, ödəniş məsələsi valideynlər üçün vacibdir. «Dzerjinets» həm Sosial İnkişaf Nazirliyinin pulları, həm də kommersiya göndərişlərinin satışı hesabına özünü saxlayır. Düşərgədə 21 günlük istirahət 20 min rubla (330 dollar) başa gəlir. Bu qiymətə uşağını istirahətə göndərmək istəyənlərin sayı yetərincədir.

«Sosial İnkişaf Nazirliyinin göndərişləri ilə uşaqlar bura pulsuz gəlirlər, göndərişin qiyməti dəyişməyib. Göndərişlə bağlı problemimiz olmur. Çoxlu kommersiya satışlarımız da olur», – düşərgənin direktoru Maria Scherbakova deyir.

Bu yay Novosibirsk vilayətində 80 uşaq düşərgəsi fəaliyyət göstərir. Göndərişlərin qiyməti 7 min - 30 min rubl (117 - 500 dollar) arasında dəyişir. Bələdiyyə düşərgələri, əsasən, vilayət və yerli büdcədən maliyyələşir. Onların şəraiti də daha sadədir. Özəl düşərgələrdə isə qiymətlər daha yüksəkdir: dil düşərgəsində 10 günlük istirahət 23 min rubla (380 dollar) başa gəlir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG