Keçid linkləri

2026, 14 Fevral, şənbə, Bakı vaxtı 06:40

Peskov: Rusiya-ABŞ-Ukrayna danışıqları gələn həftə davam edəcək

Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna danışıqları. 4 fevral 2026
Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna danışıqları. 4 fevral 2026

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-Rusiya-Ukrayna danışıqlarının yeni raundunun fevralın 17-18-də Cenevrədə keçiriləcəyini deyib. Hələlik, ABŞ və Ukraynadan əlavə şərh gəlməyib.

"Bizim əldə edə biləcəyimiz ən vacib şey müharibəni ləyaqətli sülhlə bitirmək, Ukrayna və bütün Avropa üçün etibarlı təhlükəsizlik zəmanətləri yaratmaq olar...", – Zelenski X postunda özünün Münxenə çatması görüntüsü ilə birlikdə bu sözləri yazıb.

Kramatorska Rusiyanın zərbəsindən üç qardaş ölüb

Fevralın 12-də axşam Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə Rusiyanın zərbəsindən üç qardaş həlak olub. Onlardan biri azyaşlı idi. Qardaşların iki qohumu isə yaralanıb. Xəbəri Donetsk prokurorluğu yayıb.

Məlumata görə, yaşayış ərazisinə zərbədə iki 19 yaşlı və bir 8 yaşlı qardaş ölüb. Onların anası və nənəsi isə yaralanıb.

Fevralın 13-nə keçən gecə isə Rusiya dronları Odessa vilayətinə zərbə endirib, bir nəfər ölüb, altı nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Xəbəri vilayət hərbi administrasiyasının başçısı Oleq Kiper yayıb. Onun sözlərinə görə, zərbənin hədəfi Odessada liman, yaşayış, sənaye və energetika infrastrukturu olub.

Nikolayev vilayətinə hücumda da energetika infrastrukturuna, yaşayış məntəqələrinə zərər dəyib.

Ukrayna hakimiyyəti, beynəlxalq qurumlar mülki infrastruktura, dinc əhaliyə hücumları hərbi cinayət sayır. Rusiya isə hücumların hərbi obyektləri hədəflədiyini bildirir.


XS
SM
MD
LG