Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:24

Rusiya-Ukrayna qaz danışıqları nəticəsiz başa çatıb


Rusiya və Ukrayna Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Rusiya qazının Avropaya nəqlinə dair danışıqların üçüncü dövrəsində görüşüblər
Rusiya və Ukrayna Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Rusiya qazının Avropaya nəqlinə dair danışıqların üçüncü dövrəsində görüşüblər

Qışın yaxınlaşdığı bir vaxtda Rusiya və Ukrayna Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Rusiya qazının Avropaya nəqlinə dair danışıqların üçüncü dövrəsində görüşüblər.

Moskva və Kiyev Avropa İttifaqına Rusiya qazının nəql edilməsinə dair yeni uzunmüddətli saziş barədə razılığa gəlməli idilər. Hazırkı sazişin müddəti yanvar ayında başa çatır.

Ukrayna və Rusiya enerji nazirləri və iki ölkənin ən böyük neft-qaz şirkətləri başçılarının sentyabrın 19-da keçirilmiş danışıqlarından sonra Avropa İttifaqı enerji komissarı Maros Sefcovic müzakirə olunan məsələnin təcililiyini vurğulayıb.

Sefcovic deyib ki, tərəflər “gələcək müqavilənin Avropa İttifaqının qanun və qaydalarına əsaslanacağına dair prinsipial razılığa gəliblər”.

Lakin müqavilənin müddəti, tranzitin həcmləri və rüsumlar barədə məsələlər açıq qalır.

Ukrayna Rusiya qazının Avropa İttifaqına nəqlinə görə hər il 3 milyard dollar qazanır.

Lakin Rusiyanın inşasına çalışdığı ŞimalAxını 2 kəmər layihəsinin həyata keçməsi bu tranziti tükəndirə və hətta dayandıra bilər.

Beləki, ŞimalAxını 2 Baltik dənizinin dibi ilə Almaniyaya çəkilməklə Ukrayna ərazisindən yan ötəcək.

Kiyev Brüsseldə keçirilən danışıqlarda Avropa İttifaqının təklifini dəstəkləyib. Bu təklifə görə Ukraynadan keçən Rusiya qazının illik həcmi azı 60 milyard kubmetr olmalıdır. Bu Rusiyanın Ukrayna vasitəsilə ötən il Avropaya nəql etdiyi qazın 75 fazini təşkil edir.

Ukrayna 2015-ci ildən Rusiyadan birbaşa qaz almayıb. Bundan bir il əvvəl Moskva Krım yarımadasını ilhaq etmiş, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlamışdı.

Ukrayna ölkənin qaza olan tələbatını yerli istehsaldan olan və ya Avropadan geriyə ötürülən və əsasən elə Rusiyadan gələn qazla təmin edir.

Ötən həftə Avropa İttifaqının ali məhkəmə instansiyasının çıxardığı qərarda deyilir ki, Rusiya Baltık dənizindən Çexiyaya gedən OPAL Almaniya kəmərinin həcmlərinin yalnız yarısından istifadə edə bilər.

Bu qərar Rusiyanın Ukrayna tranzitindən asılılığını artırır.

Brüsseldə keçirilən danışıqlardan sonra Rusiya və Ukraynanın enerji nazirləri Aleksandr Novak və Oleksiy Orzhe oktyabr ayında bir daha görüşəcəklərini bildiriblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG