Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 05:53

Naftogaz Rusiyadan 5,2 milyard dollar tələb edir


Naftogaz-ın Kiyevdəki ofisi

Ukraynanın dövlətə məxsus neft-qaz şirkəti – Naftogaz Group iyulun 31-də qaldırdığı məhkəmə iddiasında Rusiyanın 2014-cü ilin martında Krımın ilhaqı zamanı ələ keçirdiyi aktivlərə görə 5,2 milyard dollar tələb edir.

İddia Haaqadakı Daimi Arbitrasiya Məhkəməsinə təqdim olunub. Naftogaz bəyanatında qərarı “2020-ci ilin sonundan tez” gözləmədiyini deyib.

Məhkəmə iddiası Ukrayna və Rusiyanın bir-birinin investisiyalarını qoruyacağına dair qarşılıqlı razılaşmaya əsaslanır. Rusiya Ukraynanın Krım yarımadasını tutandan sonra yerli sənaye aktivlərini milliləşdirməyə başlayıb, onların sırasında Naftogaz-ın mülkiyyəti, filialları da olub. Buraya kəmərlər, ofşor neft buruqları, digər aktivlər daxil idi.

Ukraynanın ikinci böyük dövlət bankı olan Oschadbank Krımda itirdiyi aktivlərə görə artıq 1,3 milyard dollar udub. Qərarı Parisdə Mənzillənən Beynəlxalq Arbitrasiya Məhkəməsi çıxarıb. Moskva bu qərarı rədd edib.

2018-ci ilin martında isə Stokholm Arbitrasiya Məhkəməsi Rusiyanın Gazprom dövlət şirkətinin Naftogaz-a 2,5 milyard dollar ödəməsi haqda qərar çıxarıb. BU qərar qaz təchizatı və nəqli üzrə yaranmış mübahisəylə bağlı çıxarılıb.

Gazprom qərardan şikayət verib. Naftogaz isə bu pulu şirkətin İsveçrə, İsveç, Niderland, Luksemburq və Britaniyadakı aktivlərini dondurmaqla əldə etməyə çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG