ABŞ-ın birinci xanımı - prezident Co Baydenin həyat yoldaşı Cil Bayden Ukraynaya səfər edib. Ujqorodda o, Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı ilə görüşüb.
Putin Ukraynaya 'qabaqlayıcı zərbə' endirildiyini deyir
Rusiya fevralın 24-də Ukraynaya təcavüzə başlamaqla "qabaqlayıcı zərbə" endirib və bu, "yeganə düzgün qərar idi". Bunu Prezident Vladimir Putin Moskvada Qırmızı meydandakı hərbi paradda deyib. Mayın 9-da Rusiyada və keçmiş sovet məkanında nasist Almaniyasının kapitulyasiyasının 77-ci ildönümü qeyd olunur. Ətraflı
Varşavada Rusiya səfirinə qırmızı boya atılıb
İnternetdə yayılmış videoda səfir və onu müşayiət edən şəxsləri dövrəyə almış şəxslər əllərində Ukrayna bayraqları tutub, "Faşistlər" qışqırırlar.
Ukrayna iqtisadiyyatı üçün azalma proqnozu
Bu il Rusiyanın işğalı fonunda Ukrayna iqtisadiyyatında 30 faiz azalma gözlənir. Bu proqnozla mayın 10-da Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) çıxış edib. Ətraflı