Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:43
Kiyev vilayəti
Kiyev vilayəti

İşğalın 107-ci günü

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

Böyük Britaniyadan Ukraynaya 1,6 milyard yardım

Böyük Britaniya Ukraynaya 1,6 milyard dollarlıq hərbi yardım ayıracaq. Baş nazir Boris Consona görə, “Putinin amansız hücumu təkcə Ukraynada hesabsız dağıntılara səbəb olmur, həm də bütün Avropada sülh və təhlükəsizliyi təhdid edir”.

Avropa İttifaqı Rusiya neftini daşıyan gəmilərin sığortasını qadağan edə bilər. Bu barədə "The Wall Street Journal" yazır. Məlumatda vurğulanır ki, bu cür sanksiyalar Rusiya qarşı altıncı sanksiyalar paketinin hazırlanmasının tərkib hissəsi kimi nəzərdən keçirilir.

Ukraynada müharibə başlayandan bəri ölkəni 5,8 milyondan çox insan tərk edib. Bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyinin internet səhifəsində məlumat verilib. Rusiya Ukraynaya qarşı fevralın 24-də müharibəyə başlayıb.

Putin İkinci Dünya müharibəsinin bitməsinin 77-ci ildönümü ilə bağlı həm də Ukrayna xalqını təbrik edib

İkinci Dünya müharibəsinin bitməsinin 77-ci ildönümü ilə bağlı Rusiya prezidenti Vladimir Putin Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan, Ermənistan, Qırğızıstan, Tacikistan liderləri və xalqlarına təbrik ünvanlayıb. Bu barədə mayın 8-də Rusiya prezidentinin rəsmi Kremlin. ru saytı məlumat yayıb. Təbrik məktubunda Ukrayna və Gürcüstanın da adı çəkilir. Amma bu müraciətdə onlarla yanaşı hər iki respublikanın ərazisində yaradılan Abxaziya, Cənubi Osetiya, "Donetsk və Luqansk Xalq Respublikaları " kimi separatçı qurumların da adı yer alıb.

Davamı

XS
SM
MD
LG