Media: 'Moskva'nın vurulmasında ABŞ kəşfiyyatının rolu olub
Ötən ay Ukraynanın Rusiya donanmasının flaqman gəmisi "Moskva"nı batırmasında ABŞ kəşfiyyatının köməyi olub. Bu haqda "The New York Times", "NBC News" xəbər yayıb. Bu məlumatlar Vaşinqtonun müharibənin genişlənməsində rol oynaması sarıdan narahatlıq yaradıb. Bu, Moskvanın daha güclü reaksiyasına, məsələn, Ukrayna qüvvələrini NATO silahları ilə təmin edən konvoyları hədəfə almasına səbəb ola bilər. Ətraflı
Rusiyada "Za мясом" adlı mağazanın adı dəyişdirilir...
Rusiyanın Novorossiysk bölgəsində "Za мясом" adlı ərzaq mağazası yerli sakinlər arasında müzakirələrə səbbə olub. “Naş Novorossiysk” qəzeti qəzəblilərin bəyanatlarından sitat gətirir:
“Qəhrəmanlarımız bu anlarda həyatlarını riskə atırlar, bu nə iyrənc qeyri-müəyyənlikdir? Buna kim icazə verdi? “Ukraynanın denazifikasiyası əməliyyatı ilə əlaqədar bu yazı təhqiramiz və xaindir! Bax, xəyanət və faşizm “xırda şeylərdə” belə görünür.
Məlumatda o da vurğulanır ki, mağaza bu adı müharibədən çox əvvəl alıb, lakin bu, tənqidçiləri dayandırmayıb. İndi Novorossiysk meriyası mağaza sahibinə lövhənin dəyişdirilməsi barədə göstəriş verib.
ABŞ-dan Ukraynaya 150 milyon dollarlıq yeni hərbi yardım
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib. Bu sənədə görə, Ukraynaya artilleriya sursatları, radarlar və digər texnikalar göndəriləcək. Pentaqonun məlumatına görə, hərbi yardımın məbləği 150 milyon dollar təşkil edəcək.
Bayden, Konqresi tələb olunan maliyyəni dərhal təmin etməyə çağırıb. Rusiyanın Ukraynaya müharibəyə başlamasından bəri ABŞ-ın Kiyevə hərbi yardımının ümumi məbləği təxminən 3,8 milyard dollar təşkil edib.
Mayın 7-də Odessa vilayətinə dörd qanadlı raket atılıb. Məlumata görə, xəsarət alan olmayıb. Bildirilir ki, məlumat “Cənub” əməliyyat komandanlığında da təsdiqlənib.