Aprelin 24-də Ukrayna Rusiyaya Mariupolda 'real Pasxa atəşkəsi' təklif edib.
Belə bir təklif iki aydan bəri Rusiya ordusunun mühasirəsində qalan şəhərdəki mülki əhalinin və yaralıların təxliyyəsi üçün lazımdır. Ətraflı
ABŞ Ukraynaya əlavə hərbi yardım boyun olur
ABŞ Dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin Ukraynaya səfər zamanı bu ölkəyə əlavə olaraq 700 milyon dollardan artıq birbaşa və dolayısı ilə hərbi yardım vəd ediblər. Bu pulun yarısı Ukraynaya gedəcək, qalanı NATO üzvləri və regiondakı digər müttəfiqlər arasında bölünəcək. Ətraflı
Xersonda referendum söhbəti
Moskva Ukraynanın Zaporojye və Xerson vilayətlərində Rusiyanın nəzarətində olan ərazilərdə referendum planlaşdırır. Ukraynanın şərqində döyüşün qızışdığı bir vaxtda yerli rəsmilər belə bir xəbərdarlıqla çıxış ediblər. Ukraynanın cənubunda qismən işğal olunmuş vilayətlərdə səsvermənin təşkilində məqsəd "Xerson Xalq Respublikası" elan etmək ola bilər. Kreml 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Luqansk və Donetsk vilayətlərində də bu addımı atıb, bu ilin fevralında isə bu iki qondarma qurumu tanıyıb. Ətraflı
Blinken: Rusiya Ukraynada iflasa uğrayır, Ukrayna isə uğur qazanır
ABŞ rəsmisi deyib ki, Birləşmiş Ştatlar son uğuru görənədək Ukraynaya dəstəyi davam etdirəcək.