Ukraynada ATƏT missiyasının bir neçə əməkdaşı əsir götürülüb
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynanın şərqində Xüsusi Monitorinq Missiyasının (XMM) bir neçə əməkdaşının əsir götürülməsindən danışıb. İndi təşkilat missiya üzvlərinin azad edilməsi ilə bağlı danışıqlar aparır. Ətraflı
Gecə atəşləri nəticəsində Luqansk vilayətində 8 nəfər həlak olub
Luqansk vilayətində Rusiya ordusunun gecə atəşləri nəticəsində 8 nəfər həlak olub, iki nəfər yaralanıb, Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Qayday bildirib. Onun sözlərinə görə, azı yeddi ev və bir polis idarəsi dağılıb. Ən böyük dağıntı Qorski, Zolote, Popasnaya, Lisiçansk və Severodonetskdə olub.
Dnepropetrovski vilayəti də raket hücumuna məruz qalıb
Gecə saatlarında Dnepropetrovsk vilayətinə üç raket düşüb. Bu barədə “Unian” xəbər agentliyi yerli administrasiya rəhbəri Valentin Rezniçenkoya istinadən xəbər verir. Valentin Rezniçenkonun sözlərinə görə, zərbələr nəticəsində bir nəfər ölüb, səkkiz bina dağılıb. Raketlərdən biri dəmir yolu infrastrukturuna, digər ikisi isə sənaye müəssisəsinə düşüb.
Qırğızıstda Donbas və Krım haqqında Rusiya filmlərinin gösətrilməsinə qadağa qoyulub
Qırğızıstanda keçiriləcək film festivalında Donbassdakı müharibə və Krımın ilhaqından bəhs edən Rusiya filmlərinin nümayişinə qadağa qoyulub. Bu barədə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Jamankulov özünün facebook səhifəsində məlumat paylaşıb.
Festivalı “Harmoniya” rus mədəniyyət mərkəzi təşkil edib.