Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 01:46
Kiyev vilayəti
Kiyev vilayəti

İşğalın 107-ci günü

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

Rusiya 'əməliyyat'ın ikinci fazasının hədəflərini açıqlayır

"Xüsusi əməliyyatın iki gün öncə başlanmış ikinci fazasında Rusiya ordusunun tapşırıqlarından biri Donbasa və Ukraynanın cənubuna tam nəzarəti bərqərar etməkdir. Bu isə Krıma quru dəhlizinin təmin olunması deməkdir". Rusiyanın Mərkəzi hərbi dairəsinin komandanı vəzifəsini icra edən Rüstəm Minnekayev aprelin 22-də bu haqda danışıb. Ətraflı

Buçada olmuş Rusiyanın 64-cü motoatıcı briqadasının indi də İzum şəhəri yaxınlığında döyüşdüyü bildirilir

İzum şəhərinin bir hissəsindən görüntü
İzum şəhərinin bir hissəsindən görüntü

Buçada hərbi cinayətlər törətməkdə ittiham olunan Rusiyanın 64-cü əlahiddə motoatıcı briqadası Xarkov vilayətinin İzum şəhəri yaxınlığında gedən döyüşlərdə iştirak edir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verir. Ukrayna komandanlığının bildirdiyinə görə, məhz bu bölmə mart ayında Kiyev yaxınlığındakı Buçada yerləşdirilib və burada çoxsaylı hərbi cinayətlər törədilib.

Məlumatda Ukraynanın şərqində - ilk növbədə Luqansk, Xarkov və Donetsk vilayətlərində yeni şiddətli döyüşlərin getdiyi bildirir. Baş Qərargahının məlumatına görə, Rusiya qoşunları Slavyansk istiqamətində irəliləməyə çalışır, Severodonetsk yaxınlığında şiddətli döyüşlər davam edir. Ukraynanın cənubunda, Nikolaev və Xerson vilayətlərinin inzibati sərhəd bölgəsində Rusiya ordu hissələrinin yenidən qruplaşdığı vurğulanır.

Böyük Britaniya hərbi kəşfiyyatı isə bildirir ki, Rusiya işğalçı qüvvələri son 24 saat ərzində heç bir böyük uğur əldə edə bilməyiblər.

Viktoriya Nuland Moskvanın nüvə silahından istifadəsini istisna etmir

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland istisna etmir ki, Putin nüvə silahı da daxil olmaqla, “fəlakətli nəticələri olan müxtəlif növ silahlardan” istifadəyə göstəriş verə bilər. O, bu barədə Ukraynanın “Avropa həqiqəti” ("Yevropeyskaya pravda") nəşrinə müsahibəsində bildirib. Nulandın sözlərinə görə, ABŞ və müttəfiqləri hazırda Kremlə çatdırmağa çalışırlar ki, bu halda Putinin özü və Rusiya üçün nəticələr “tamamilə fəlakətli ola bilər”.

O, əmin edib ki, nə olursa olsun, Qərb müttəfiqləri “Ukraynanı tək qoymayacaqlar”. Bununla belə, amerikalı diplomat həm də kütləvi qırğın silahlarından istənilən istifadənin “vəziyyəti tamam başqa səviyyəyə aparacaq”nı vurğulayıb.

Viktoria Nuland
Viktoria Nuland

Aprelin 23-də Mariupolda Rusiya qoşunlarının mühasirəsində qalanlar üçün humanitar dəhliz açıla bilər.

Bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk Facebook-da yazıb.

Davamı

XS
SM
MD
LG