Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 23:21
Kiyev vilayəti
Kiyev vilayəti

İşğalın 107-ci günü

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

Severodonetski şəhəri yenidən atəşə tutulub

Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday verdiyi məlumata görə, Rusiya ordusunun gecə saatlarında atəşə tutması nəticəsində Severodonetskdə iki dörd hündürmərtəbəli binada dağıntı və yanğın olub. Qayday həm də aprelin 17-də səhər saatlarında Kremennayanın artilleriya atəşinə tutulduğunu da bildirib. Bir nəfər yaralanıb. Administrasiya rəhnbərinin dediyinə görə, müharibə başlayandan bəri Luqansk vilayətində ümumilikdə 155 nəfər həlak olub.

Dağıntılar altından 41 cəsəd çıxarılıb

Kiyev vilayətinin Borodyanka şəhərində axtarış əməliyyatları başlayandan indiyədək dağıntılar altından 41 nəfərin cəsədi çıxarılıb. Bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun açdığı atəşlər nəticəsində yarasız hala düşən yaşayış binasının dağıntıları altında ölənlərin axtarışlarına aprelin 6-da başlanılıb. Xilasedicilərin dediyinə görə, indiyə qədər kimi, dağılan yeddi evdən beşinə baxış keçirə biliblər.

Xarkov şəhərinə raket hücumları barədə məlumat gəlməkdədir. Bu barədə Ukraynanın teleqram kanalları məlumat yayıblar. Regional Hərbi Administrasiyanın Səhiyyə Departamentindən verilən məlumata görə, 5 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.

1.7 milyard nəfər aclıq və yoxsulluq astanasında

Ukrayna böhranı bəşəriyyətin beşdə birini, yəni 1.7 milyard nəfəri aclığa, səfalətə sürükləyə bilər. Bunu BMT-nin Baş katibi Antonio Quterreş Çexiyanın "Seznam Zpravy" nəşrinə müsahibəsində deyib. Ətraflı

Davamı

XS
SM
MD
LG