Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 21:43
Kiyev vilayəti
Kiyev vilayəti

İşğalın 107-ci günü

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

Rusiya əsgəri tərəfindən zorlandığı bildirilən qadını jurnalistlər danışdırıblar

“Azadlıq” radiosunun Ukrayna xidmətinin jurnalistləri təxminən bir ay Rusiya ordusunun nəzarətindəki kənddə yaşayan Svetlana (ad şərtidir-AR) ilə danışa biliblər. Qadın 19 yaşlı rus əsgəri tərəfindən zorlandığını bildirib. Ətraflı

Ukrayna əsirlərin dəyişdirlməsini təklif edir

Rusiya əsirliyində 700-ə yaxın Ukrayna əsgəri və minlərlə mülki şəxs var ki, onların da yarısı qadındır.

Bu barədə məlumatı Ukrayna baş nazirinin müavini İrina Vereşçuk milli telemarafonun efirində səsləndirib. O, elə Ukraynada da bu sayda əsir Rusiya hərbçisinin olduğunu bildirb.Bundan əvvəl Rusiya tərəfi təkcə mindən çox Ukrayna əsgərinin əsirlikdə olduğunu iddia etmişdi. Vereşçuk bildirib ki, Ukrayna əsir Rusiya hərbçilərini dəyişməyə hazırdır.

Tərəflər tez-tez bir-birilərini əsirlərin dəyişdirlməsi şərtlərini pozmaqda ittiham edirlər.

Beynəlxaql hüquq-müdafiə təşkilatları tərəfləri hərbi və mülki şəxslərin hüquqlarına əməl etməyə çağırırlar.

Ukrayna: Rusiya Xarkov istiqamətində qoşun qruplaşmasını gücləndirir

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Rusiya Xarkov yaxınlığında öz qoşunlarının qruplaşmasını gücləndirməyə çalışır. Baş Qərargahın məlumatına görə, İzyum istiqamətində işğalçıların əsas səyləri Suxaya Kamenka, Suliqovka, Brajkovka, Malaya Kamışevaxa və Andreevka yaşayış məntəqələri yaxınlığında işğal olunmuş xətlərin və mövqelərin saxlanmasına yönəlib.

Rusiya Mariupolu nəzarətə aldığını deyir, Ukrayna təsdiq etmir

Rusiya tankı Mariupolda, 15 aprel 2022
Rusiya tankı Mariupolda, 15 aprel 2022

Rusiya Müdafiə Nazirliyi Mariupolun üzərində nəzarəti ələ keçirdiyini bildirir. Bu barədə Rusiyanın dövlət xəbər agentliyi İnterfaks yazıb. Ukrayna tərəfindən heç bir təsdiq yoxdur. Əvvəllər də Rusiya mətbuatında dəfələrlə belə məlumatlar yer alıb. 50 gündən bəri şəhər Rusiya qoşunlarının mühasirəsindədir. Mariupoldan son dron görüntüləri yayılıb. Currenttime.tv-nin yaydığı həmin görüntülərdə şəhərin acınacaqlı vəziyyətə olduğu görünür. Rusiya Mariupolu artilleriya, tank və digər silah növləri ilə atəşə tutmaqda davam edir. Şəhərin özündə döyüşlər gedir, şəhərin bir hissəsi Rusiya tərəfindən ələ keçirilib, bir hissəsi (ilk növbədə Azovstal zavodu) hələ də Ukrayna hərbçilərinin əlindədir.

Davamı

XS
SM
MD
LG