Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 20:59
Kiyev vilayəti
Kiyev vilayəti

İşğalın 107-ci günü

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

Ukraynanın Mariupol şəhərində əsl kabus yaşanır

Dağıdılmış şəhərin sakinləri zirzəmilərdə yaşayır, elektrik və qaz yoxdur, sakinlər küçələrdə yemək hazırlayır. Cəsədlər həyətlərdəki kütləvi məzarlıqlarda və kiçik bağçalarda dəfn olunur.

Ukraynanın Mariupol şəhərində əsil kabus yaşanır
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Ötən gecə Kiyevin bir neçə rayonu atəşə tutulub

Gecə saatlarında Rusiya hərbçiləri paytaxt Kiyevin bir neçə rayonunu atəşə tutub. Bu barədə paytaxtının meri Vitali Kliçko məlumat verib. Ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Kliçko, qəza yerində həkim və təcili yardım xidmətinin xilasedicilərinin işlədiyini bildirib.

Ukraynada həlak olan hərbçilərin sayı açıqlanıb

Rusiyanın Ukraynaya qarşı işğalı başlayandan bəri 2500-3000 arasında ukraynalı hərbçi həlak olub. Bunu CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib. Ətraflı

Digər şəhərlər də atəşə tutulub, ölən və yaralananlar var

Ötən gecə Rusiya ordusu Ukraynanın Severodonetsk, Lisiçansk və Kremennaya şəhərləri də atəşə tutub. Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Serhiy Qayday istinadla UNİAN xəbər verir. Onun sözlərinə görə, bir nəfər ölüb, daha üç nəfər yaralanıb, Bundan başqa Severodonetsk və Lisiçanskda qaz kəmərləri partlayıb.

Davamı

XS
SM
MD
LG