Mindən çox əsgər təslim olub?
Rusiyanın Mariupola hücumunun önündə gedən çeçen döyüşçülərin lideri Ramzan Kadırov aprelin 13-də şəhərdə mindən çox ukraynalı dəniz piyadasının təslim olduğunu deyib. Rusiya dövlət televiziyası isə Mariupolda polad zavodunda təslim olan, çoxu yaralı ukraynalı əsgərləri göstərib. Ətraflı
Ukraynada əsir düşən tələbə azad olunub
Hüseyn Abdullayevin sözlərinə görə, onu əsir saxlayan şəxslər İslamda müqəddəs sayılan Ramazan ayı olduğuna görə onu azad etməyə razılıq veriblər: "Mənim azad olmağımda bir neçə öz dost-tanışımın rolu var. Amma, təəssüf ki, səfirliyimizin bunda heç bir rolu olmayıb". Ətraflı
ABŞ Ukraynaya ağır silahlar göndərməyə başlayır
Pentaqon bildirir ki, yardım paketinə habelə Əfqanıstanın "Taliban" tərəfindən devrilmiş hökuməti üçün nəzərdə tutulmuş 11 "Mi-17" helikopterləri, 155mm çaplı haubitsa topları, artilleriya əleyhinə radarlar və 200-dək PDM daxildir. Ətraflı
'Moskva' gəmisi batdı
Rusiya Müdafiə Nazirliyinin aprelin 14-də, axşam yaydığı bəyanatda deyilir ki, Rusiya Qara dəniz hərbi donanmasının əsas gəmisi - flaqmanı "Moskva" raket kreyseri batıb. Ətraflı