Keçid linkləri

2026, 13 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 06:36
Kiyev vilayəti
Kiyev vilayəti

İşğalın 107-ci günü

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

Mariupoldan İtaliyaya qaçan qadın evlənmək üçün geri dönüb

Tatyana deyir ki, indi valideynlərini də Mariupoldan Lvova gətirmək istəyirlər. Çünki qış gələndə yaşamağa yerləri olmayacaq. Deyir ki, normal işi, ev-eşiyi vardı, amma indi ailəsindən başqa heç nəyi qalmayıb.

Mariupoldan İtaliyaya qaçan qadın evlənmək üçün geri dönüb
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Buğda qıtlığı

Britaniya kəşfiyyatı xəbərdarlıq edib ki, Ukraynanın Odessa limanını Rusiyanın blokadaya alması buğda ixracında qıtlığa səbəb olub, bunu quru yoluyla kompensasiya etmək mümkün deyil. Ukrayna və Rusiya birlikdə qlobal buğda təchizatının üçdə birini təşkil edir. Ətraflı

Zaporojye və Xerson sakinlərinə Rusiya vətəndaşlığı verilməsi sadələşdirilir

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin sakinlərinə Rusiya vətəndaşlığı verilməsi prosedurunu sadələşdirir. Rusiya qüvvələri Xerson vilayətini, eləcə də Zaporojyenin böyük hissəsini nəzarətə alıb, bu regionlarda hərbi administrasiyaların qurulduğu bildirilir. Ətraflı

Avropa Rusiyanı ərzaq şantajına keçməkdə ittiham edir

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen mayın 24-də deyib ki, Rusiya enerji təchizatında olduğu kimi, ərzaq təchizatından da silah kimi istifadə edir: "Ukraynanın işğal altında olan torpaqlarında Kremlin ordusu taxil məhsulunu və kənd təsərrüfatı texnikasını müsadirə edir. Rusiya hərbi gəmiləri Qara dənizdə taxıl və günəbaxan tumu ilə dolu Ukrayna yük gəmilərini blokadaya salıblar". Ətraflı

Davamı

XS
SM
MD
LG