Rusiyada "Za мясом" adlı mağazanın adı dəyişdirilir...
Rusiyanın Novorossiysk bölgəsində "Za мясом" adlı ərzaq mağazası yerli sakinlər arasında müzakirələrə səbbə olub. “Naş Novorossiysk” qəzeti qəzəblilərin bəyanatlarından sitat gətirir:
“Qəhrəmanlarımız bu anlarda həyatlarını riskə atırlar, bu nə iyrənc qeyri-müəyyənlikdir? Buna kim icazə verdi? “Ukraynanın denazifikasiyası əməliyyatı ilə əlaqədar bu yazı təhqiramiz və xaindir! Bax, xəyanət və faşizm “xırda şeylərdə” belə görünür.
Məlumatda o da vurğulanır ki, mağaza bu adı müharibədən çox əvvəl alıb, lakin bu, tənqidçiləri dayandırmayıb. İndi Novorossiysk meriyası mağaza sahibinə lövhənin dəyişdirilməsi barədə göstəriş verib.
Media: 'Moskva'nın vurulmasında ABŞ kəşfiyyatının rolu olub
Ötən ay Ukraynanın Rusiya donanmasının flaqman gəmisi "Moskva"nı batırmasında ABŞ kəşfiyyatının köməyi olub. Bu haqda "The New York Times", "NBC News" xəbər yayıb. Bu məlumatlar Vaşinqtonun müharibənin genişlənməsində rol oynaması sarıdan narahatlıq yaradıb. Bu, Moskvanın daha güclü reaksiyasına, məsələn, Ukrayna qüvvələrini NATO silahları ilə təmin edən konvoyları hədəfə almasına səbəb ola bilər. Ətraflı
Atəş altında çalışan ukraynalı fermerlər
Sakinlər deyirlər ki, artıq mal-qara da atəş səsinə öyrəşib, daha qorxmurlar.
NYT Rusiya generallarının qətlində ABŞ kəşfiyyatının rolundan yazır
Birləşmiş Ştatların Rusiya bölmələri haqda kəşfiyyat məlumatı Ukraynanın bir sıra Rusiya generalını hədəfə alaraq öldürməsinə imkan verib. Bunu "The New York Times" qəzeti ABŞ-ın aparıcı rəsmilərinə istinadla yazır. Rusiya indiyədək müharibədə iki generalının öldürüldüyünü təsdiqləyib. Ətraflı