Rusiya Qərbin Ukraynaya göndərdiyi silahları yolda vurmaqla hədələyir
Ukraynanın Müdafiə Nazirliyi isə bu arada bildirib ki, Rusiya ordusu ölkənin şərqində hücum tempini artırmağa çalışır.
Aİ Moldovaya hərbi dəstəyi gücləndirməyə boyun olur
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldovaya hərbi yardımı gücləndirmək vədi verib. Ötən həftə Moskvanın dəstəklədiyi separatçı Dnestryanı regionunda bir neçə insident baş verib. Rusiyanın bu keçmiş sovet respublikasında sabitliyi pozmağa çalışması, onu Ukraynaya qarşı müharibəyə cəlb etməsi ilə bağlı ittihamlar səslənib. Ətraflı
Putin ixrac və xarici öhdəlikləri dayandıran fərman verdi
Moskva bunun dost saymadığı ölkələrə qarşı olduğunu deyir.
Ukrayna müharibəsi Avropada demoqrafiyanı necə dəyişir
Avropanın bəzi ölkələri Rusiyanın Ukraynaya hücumunun səbəb olduğu immiqrant axınından faydalana bilər. Bu haqda "The Economist" yazır. Dərgi qeyd edir ki, müharibədən öncə avropalıların çoxu regionun yaşlanmasından, ölümün doğumu üstələməsindən narahat idilər. Ukraynada müharibə başlayandan əsasən qadınlar və uşaqlar olmaqla 5.3 milyon ukraynalı Qərbə qaçıb. Polşa onların yarıdan çoxunu qəbul edib. Paytaxt Varşavanın əhalisi bir neçə həftəyə 17 faiz artıb. Ətraflı