Buçada olmuş Rusiyanın 64-cü motoatıcı briqadasının indi də İzum şəhəri yaxınlığında döyüşdüyü bildirilir
Buçada hərbi cinayətlər törətməkdə ittiham olunan Rusiyanın 64-cü əlahiddə motoatıcı briqadası Xarkov vilayətinin İzum şəhəri yaxınlığında gedən döyüşlərdə iştirak edir. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verir. Ukrayna komandanlığının bildirdiyinə görə, məhz bu bölmə mart ayında Kiyev yaxınlığındakı Buçada yerləşdirilib və burada çoxsaylı hərbi cinayətlər törədilib.
Məlumatda Ukraynanın şərqində - ilk növbədə Luqansk, Xarkov və Donetsk vilayətlərində yeni şiddətli döyüşlərin getdiyi bildirir. Baş Qərargahının məlumatına görə, Rusiya qoşunları Slavyansk istiqamətində irəliləməyə çalışır, Severodonetsk yaxınlığında şiddətli döyüşlər davam edir. Ukraynanın cənubunda, Nikolaev və Xerson vilayətlərinin inzibati sərhəd bölgəsində Rusiya ordu hissələrinin yenidən qruplaşdığı vurğulanır.
Böyük Britaniya hərbi kəşfiyyatı isə bildirir ki, Rusiya işğalçı qüvvələri son 24 saat ərzində heç bir böyük uğur əldə edə bilməyiblər.
Rusiya 'əməliyyat'ın ikinci fazasının hədəflərini açıqlayır
"Xüsusi əməliyyatın iki gün öncə başlanmış ikinci fazasında Rusiya ordusunun tapşırıqlarından biri Donbasa və Ukraynanın cənubuna tam nəzarəti bərqərar etməkdir. Bu isə Krıma quru dəhlizinin təmin olunması deməkdir". Rusiyanın Mərkəzi hərbi dairəsinin komandanı vəzifəsini icra edən Rüstəm Minnekayev aprelin 22-də bu haqda danışıb. Ətraflı
Ukraynada azərbaycanlılar bir-birini tapmaqda çətinlik çəkirlər
Kiyevdə azərbaycanlı fəal bildirir ki, müharibə başlayandan sonra azərbaycanlı icması hərə bir tərəfə dağılıb, kimin həlak olduğu, kimin salamat qaldığı bilinmir.
Putin 'Azovstal'a hücumu ləğv edir
Rusiya Prezidenti Vladimir Putin Mariupol şəhərindəki "Azovstal" kombinatına hücumun məqsədəuyğun olmadığını deyərək onu ləğv edib. Bundan öncə isə Müdafiə naziri Sergey Şoyqu Putinə Mariupolun "azad olunması" haqda hesabat verib, Ukrayna hərbçilərinin "Azovstal" sənaye zonasında gizləndiyini, zavodun tam tutulmasının üç-dörd gün çəkəcəyini deyib. Ətraflı