Dağıntılar altından 41 cəsəd çıxarılıb
Kiyev vilayətinin Borodyanka şəhərində axtarış əməliyyatları başlayandan indiyədək dağıntılar altından 41 nəfərin cəsədi çıxarılıb. Bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya ordusunun açdığı atəşlər nəticəsində yarasız hala düşən yaşayış binasının dağıntıları altında ölənlərin axtarışlarına aprelin 6-da başlanılıb. Xilasedicilərin dediyinə görə, indiyə qədər kimi, dağılan yeddi evdən beşinə baxış keçirə biliblər.
Severodonetski şəhəri yenidən atəşə tutulub
Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday verdiyi məlumata görə, Rusiya ordusunun gecə saatlarında atəşə tutması nəticəsində Severodonetskdə iki dörd hündürmərtəbəli binada dağıntı və yanğın olub. Qayday həm də aprelin 17-də səhər saatlarında Kremennayanın artilleriya atəşinə tutulduğunu da bildirib. Bir nəfər yaralanıb. Administrasiya rəhnbərinin dediyinə görə, müharibə başlayandan bəri Luqansk vilayətində ümumilikdə 155 nəfər həlak olub.
Hindistan Rusiyadan helkopter almaqdan imtina edib
Hindistan Rusiyadan 48 ədəd Mi-17 helikopterinin alınması ilə bağlı müqaviləni ləğv edib. Ancaq bu imtinanın Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü ilə bağlı olmadığı bildirlir. Qeyd olunur ki, Dehli bu satınalama müqaviləsini hələ müharibə başlamazdan xeyli əvvəl dayandırıb. Hökumətdəki mənbələrin İndia Today-ə verdiyi məlumata görə, hökumətin bu qərarı yerli istehsal (Make in India) proqramını dəstəkləmək istəyi ilə bağlı olub. 2011-ci ildə Rusiya Hindistanla arasında 80 ədəd Mi-17 helikopterinin tədarükü barədə razılıq əldə olunub. Mi-17-lər Rusiya Helikopterlərinin törəmə şirkəti olan Kazan Helikopter Zavodunda istehsal olunur.
Rusiya ordusu yenidən Kiyev vilayətini atəşə tutub
Rusiya qoşunları Kiyev vilayətinin Brovarı şəhərini atəşə tutub. Bu barədə məlumat verən şəhər meri İqor Sapojkonun sözlərinə görə, raket zərbələri nəticəsində şəhərin infrastrukturuna ziyan dəyib. İnsan təlafatı haqqında hələlik məlumat yoxdur. Mer dağıntılar səbəbindən elektrik və su təchizatında fasilələr ola biləcəyini bildirib. Brovarı şəhəri Kiyevdən 20 kilometr şimal-şərqdə yerləşir. Müharibədən əvvəl şəhər əhalisinin sayı 105 min olub.